Məhkəmə qərarları › İş №3(025)-629/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-629/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-629/2021 23.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 19 noyabr 1988-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 dekabr 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 10.12.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində Qəbələ rayonu Zarağan kəndində işlətdiyi “Uşaq Aləmi” mağazasında pirotexniki vasitələri satmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 10 dekabr 2021-ci il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 göstərdi ki, Şəxs 10.12.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində Qəbələ rayonu Zarağan kəndində işlətdiyi “Uşaq Aləmi” mağazasında pirotexniki vasitələri satmışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, 2 ilə yaxındır ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən “Uşaq Aləmi” mağazasında satıcı işləyir. Pirotexniki məhsulları keçən il Sədərək Ticarət mərkəzindən almışdır. Bu yaxınlarda keçən ildən qalmış məhsulları işlədiyi mağazaya gətirmişdir. 3 gün ərzində az miqdarda məhsul satmışdır. Bu məhsulların satılmasının qadağan olunması barədə məlumatı olmuşdur. Mağazanın müdiri Kamran Müttəlibovun bundan xəbəri yoxdur. Pirotexniki vasitələri müdiri və digər şəxslər görməsin deyə kassanın altında gizlətmişdir. 1 ədəd fişəngi Soltannuxa kəndindən adını bilmədiyi bir nəfər şəxsə satmışdır. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Qəbələ rayon Zarağan kəndində “Uşaq aləmi” mağazasının sahibidir. Şəxs məxsus mağazada işləyir. Şəxs ona məxsus mağazada pirotexniki vasitələrin satmasından xəbəri olmamışdır. 10.12.2021-ci il tarixdə polis əməkdaşları pirotexniki məhsulun satışını aşkar etdikdən sonra bilmişdir ki, satıcı Şəxs arada pirotexniki məhsul satır. Şəxs özbaşına mağazaya pirotexniki vasitələri gətirdiyi üçün onun barəsində tədbir görülməsini istəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X7 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı 10 dekabr 2021-ci il tarixli raportdan görünür ki, 10.12.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində Qəbələ rayon polis şöbəsinin İTB-nin polis sahə nəfəri, polis baş serjantı X1 ilə xidmətdə olarkən Qəbələ rayonu Zarağan kəndinin mərkəzində yerləşən “Uşaq Aləmi” adlı mağazada, həmin mağazada satıcı işləyən ünvan 3 ünvanda yaşayan Şəxs işlədiyi mağazada pirotexniki partlayıcı vasitələr satmasını aşkar etmişlər. - 10 dekabr 2021-ci il tarixli “predmetin götürülməsi barədə” aktdan görünür ki, 10.12.2021-ci il tarixdə “Uşaq Aləmi” mağazasında satıcı işləyən Şəxs ona məxsus 51 ədəd “Enigma 1395”, 27 ədəd “Torpil”, 58 ədəd “Dua adlanan məhsul”, 88 ədəd “Enigma SS 19410”, 10 ədəd “P150”, 6 ədəd “TP 2000”, 2 ədəd “TP 3, 12 ədəd “Enigma F3”, 6 ədəd “CİRCO BLİTZ”, 2 ədəd “SUPER BLİTZ”, 16 ədəd “Enigma SS1805”, 1 ədəd “SUPER Banger”, 1 ədəd “MAGİCKRACKER”, 6 qutu “KO201”, 6 ədəd “ROMANCANDLE1010”, 1 ədəd “MULTİCOLORE”, 2 ədəd “FİREWORK”, 155 ədəd “Top adlanan məhsul” markalı partlayıcı pirotexniki vasitələr götürülmüşdür. - Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD disklərə baxış keçirilərkən müəyyən edildi ki, Şəxs 10.12.2021-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində “Uşaq Aləmi” mağazasında Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satdığını etiraf etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 51 ədəd “Enigma 1395”, 27 ədəd “Torpil”, 58 ədəd “Dua adlanan məhsul”, 88 ədəd “Enigma SS 19410”, 10 ədəd “P150”, 6 ədəd “TP 2000”, 2 ədəd “TP 3, 12 ədəd “Enigma F3”, 6 ədəd “CİRCO BLİTZ”, 2 ədəd “SUPER BLİTZ”, 16 ədəd “Enigma SS1805”, 1 ədəd “SUPER Banger”, 1 ədəd “MAGİCKRACKER”, 6 qutu “KO201”, 6 ədəd “ROMANCANDLE1010”, 1 ədəd “MULTİCOLORE”, 2 ədəd “FİREWORK”, 155 ədəd “Top adlanan məhsul” markalı partlayıcı pirotexniki vasitələr məhv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Pirotexniki vasitə olan 51 ədəd “Enigma 1395”, 27 ədəd “Torpil”, 58 ədəd “Dua adlanan məhsul”, 88 ədəd “Enigma SS 19410”, 10 ədəd “P150”, 6 ədəd “TP 2000”, 2 ədəd “TP 3, 12 ədəd “Enigma F3”, 6 ədəd “CİRCO BLİTZ”, 2 ədəd “SUPER BLİTZ”, 16 ədəd “Enigma SS1805”, 1 ədəd “SUPER Banger”, 1 ədəd “MAGİCKRACKER”, 6 qutu “KO201”, 6 ədəd “ROMANCANDLE1010”, 1 ədəd “MULTİCOLORE”, 2 ədəd “FİREWORK”, 155 ədəd “Top adlanan məhsul” markalı partlayıcı vasitələr məhv olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar