Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-630/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Səxavət Qafarov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Ziring kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında Protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2052767) tərtib olunmuşdur ki, o, bir ədəd tək lülə, “İJ” markalı, tək lülə, 20 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K-62604 olan mülki ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan saxlamışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, Qəbələ rayonunun Ziring kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi VAZ 21011 markalı avtomobildə polis əməkdaşları tərəfindən aşkar edilən 1 ədəd tək lülə, “İJ” markalı, tək lülə, 20 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K-62604 olan mülki ov silahı mərhum babasından miras qalmış və sənədi itdiyi üçün adına keçirə bilməmişdir. Həmin silahı saxlamağa görə müvafiq icra hakimiyyəti orqanından icazə almalı olduğunu indiyədək bilməmişdir. İşdə olan 17 noyabr 2024-cü il tarixli akta əsasən Qəbələ rayonu, Ziring kənd sakini Şəxs aşkar edilən ədəd tək lülə, “İJ” markalı, tək lülə, 20 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K- 62604 olan mülki ov silahı polis əməkdaşları tərəfindən götürülmüş və Qəbələ RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İşdə olan Qəbələ RPŞ İTB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Raporta əsasən İJ” markalı, tək lülə, 20 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K-62604 olan mülki ov silahıQəbələ RPŞ-nin “ Odlu silahların uçot və qeydiyyatı” kitabında və AR DİN İcazə sistemindəsilahların uçot və qeydiyyatında aşkar edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah müsadirə edilməməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan bir ədəd tək lülə, “İJ” markalı, tək lülə, 20 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K-62604 olan mülki ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-630/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-630/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver