Məhkəmə qərarları › İş №3(025)-631/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-631/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-631/2023 04.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “Tula” markalı, cüt lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 100532 olan qanunsuz mülkü ov silahını saxlamış və gəzdirmişdir. Şəxs həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Qəbələ rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Qəbələ rayonu Qəmərvan kəndində çaylaq ərazidə Qəbələ rayon Qəmərvan kənd sakinləri, X2 və X5 ilə birlikdə Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanmışdılar. Bu zaman onun sağ çiynində 1 (bir) ədəd “Tula” markalı, cüt lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 100532 olan mülki ov tüfəngi olmuşdur. Eyni zamanda qeyd etdiyi şəxslərdə də mülki ov tüfəngləri olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, çiynindəki həmin silaha dair sənədinin olub-olmadığını və həmin çaylaq ərazidə ov tüfəngi ilə nə etməyi barədə soruşmuşdular. Onlara silahın sənədinin olmadığını və silahın babası X1 yadigar qaldığını bildirmişdir. Belə olan təqdirdə polis əməkdaşları ona silahı təhvil verməyi bildirdilər. Silahı polis əməkdaşlarına təhvil vermişdir. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd, “Tula” markalı, cüt lülə, 16 kalibirli, qundaq, bala qundaq və lülə nömrəsi 100532 olan mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar