Məhkəmə qərarları › İş №3(025)-633/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-633/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-633/2024 21.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Yengicə kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, X5 küçəsi ev 99-da qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN 2052772) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 15-40 radələrində X2 ilə birlikdə Qəbələ şəhəri , H.Əliyev prospektində abadlıq işləri aparan Göyçay rayon "xxxx" MMC-yə məxsus 2 ədəd kanalizasiya qapağını oğurlayaraq cəmiyyətə 80,0 manat məbləğində maddi ziyan vurmuşlar. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, X5 küçəsi ev 99-da yaşayır və heç yerdə işləmir. xx.xx.2024-cü il tarixdə, tanışı X2 ilə birlikdə Qəbələ şəhəri ərazisində abadlıq işləri aparan şirkətə məxsus kanalizasiya qapaqlarını oğurlayıb satmağı planlaşdırmış və həmin gün saat 15-40 radələrində Nizami ilə birlikdə Qəbələ şəhəri H.Əliyev prospektinə gedib kanalizasiya xətti üzərində təzə qoyulmuş kanalizasiya qapaqlarını oğurlayaraq Nizaminin yaşadığı ünvana gətirib yerdə basdıraraq gizlətmişlər. Kanalizasiya qapaqlarının oğurlanması barədə polisə məlumat verilmiş və həmin qabaqlar polis əməkdaşları tərəfindən gizlədildiyi yerdə aşkar edilərək götürülmüşdür. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Qəbələ şəhəri ərazisində Göyçay rayon "xxxx" MMC tərəfindən aparılan abadlıq işləri çərçivəsində şəhərin kanalizasiya xətləri üzərindəki yararsız halda olan su ötürücü plastmas barmaqlıqlar yeniləri ilə əvəz edilir. xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində kanalizasiya xətti üzərində təzə qoyulmuş Göyçay rayon "xxxx" MMC-yə məxsus 2 ədəd su ötürücü dəmir barmaqlıqların oğurlandığı aşkar edililmiş və bu barədə Qəbələ RPŞ-ə məlumat verilmişdir. İşdə olan Göyçay rayon "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 172 nömrəli məlumatda göstərilmişdir ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yolun kənarında olan hər biri 40,0 manat dəyərində iki ədəd su ötürücü barmaqlıqların oğurlanması nəticəsində şirkətə cəmi 80,0 manat məbləğində maddi ziyan dəymişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağaırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 noyabr 2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar