Məhkəmə qərarları › İş №3(025)-634/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-634/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-634/2021 22.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1982-ci il sentyabrın 03-da Qəbələ rayonu Çarxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Çarxana kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 dekabr 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, 21.11.2021-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 22 dekabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X7 göstərdi ki, 21.11.2021-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, X5 onun arvadıdır. Arvadı Qəbələ şəhərində gözəllik salonu işlədir. 21.11.2021-ci il tarixdə həyat yoldaşının işlətdiyi “Nubu” gözəllik salonun yanında yerləşən Gül dünyası mağazasında işləyən Rəşad adlı şəxs ona zəng edərək, mağazaya gəlməli olduğunu bildirmişdir. O, həmin mağazaya getmiş, bu zaman Rəşad ona həyat yoldaşı Nübar ilə mübahisə düşdüyünü, Nübarın onun başına tül rulonunu vurduğunu bildirmişdir. O, Rəşada məsələni aydınlaşdırcam deyib mağazadan çıxıb arvadı işlədiyi salona getmişdir. Nübradan nə məsələ olduğunu soruşduqda ortaqlı işlədiyi internet modemini Rəşad şəbəkədən ayırdığını, Rəşada interneti qoşmasını bildirdiyini, Rəşad isə əlində işi olduğunu, modemi qoşmaqdan imtina etdiyini, buna görə onların arasında sözlü mübahisə baş verdiyini, həmin vaxt Nübar Rəşada tül rulonunu atdığını bildirmişdir. O bundan sonra arvadı Nübarı götürüb Rəşadın mağazasına getmiş, Rəşada “mənim arvadımdan üzür istəməlisən” demişdir. Rəşad isə ona “sənin arvadın ilk öncə mənə tül rulonu atdığı üçün məndən üzür istəsin, sonra məndə öz hərəkətimə görə ondan üzür istəyəcəm” demişdir. O etiraz edərək üzür istəməli olan şəxsin tək o olduğunu bildirmiş, həmin vaxt onlar arasında sözlü mübahisə baş vermişdir. Əsəbləşərək Rəşadın yaxasından tutmuş, ondan üzür istəməsini bildirmiş, həmin vaxt mağazda olan işçi araya girmiş, onları aralaşdırmışdır. Rəşada polis çağıraçağını demiş, lakin polis çağırmamışdır. O da arvadı Nübar ilə evinə getmişdir. 22.11.2021-ci il tarixdə Rəşadın anası Təranə adlı qadın ilə Rəşadın mağazasında görüşüb söhbət etmişlər, Təranə xanım məsələni yoluna qoyaçağını bildirmişdir. O isə Rəşadın onun arvadı Nübardan üzür istəmədiyi halda məsələnin yoluna qoyulmayacağını demişdir. Təranə xanım isə oğlu Rəşadın üzür istəməyəcəyini bildirmişdir. O həmin vaxt Rəşad ilə məsələni özünü aydınlaşdırcağını demiş, 22.11.2021-ci il tarixdə saat 20:30 radələrində Rəşada zəng vuraraq H.Əliyev prospektində Maral adlı yerə dəvət edərək söhbət etmək istədiyini bildirmişdir. Rəşad isə görüşməyəcəyini, söhbəti sabah mağazada edə biləcəyini demiş, sonra isə telefonu söndürmüşdür. 23.11.2021-ci il tarixdə Rəşadın mağazasına gedərək ona “gəl mənim ilə heç kimin olmadığı yerdə ikimiz söhbət edək” demiş, sonra isə Rəşada məxsus Vaz 2104 markalı avtomobilə minmiş, həmin vaxt polis əməkdaşları gəlmiş, onları Qəbələ RPŞ-nə dəvət etmişlər. Hal-hazırda Zərərçəkmiş şəxs ondan şikayəti yoxdur və onlar barışmışlar. Ona görə də barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ şəhəri H.Əliyev prospektində icarə əsasında X11 mağazasını işlədir. Onun işlədiyi mağazanın yanında qadın gözəllik salonu var. Həmin salonda Nübar adlı qadın işləyir. Təxminən 2 ildir ki, Nübar ilə o, şərikli internet mademi işlədirlər, lakin internet modemi ona məxsus mağazada yerləşir. 21.11.2021-ci il tarixdə Nübar onun işlədiyi mağazaya gələrək ona internet modemini nə üçün çıxardığını bildirmiş, sonra isə sözlü mübahisə etməyə başlamışdır. O isə ona hal-hazırda əkil düzəltdiyini, buna görə internet modemini çıxartdığını, 5 dəqiqə sonra işi bitəcəyini, modemi təkrar qoşaçağımı demişdir. Nübar isə ona interneti dərhal qoşmağını demiş, ona qarşı səs tonunu ucaltmışdır. O isə ona mağazdan çıxmasını bildirmiş, bu zaman Nübar dükanda olan tül rulonunu götürüb ona atmışdır. Rulon onun başına dəyərək yerə düşmüşdür. Nübar əvvəllərdə söhbət edən zaman mübahisə vaxtı ona bəzi əşyalar atmış, o da Nübarın hərəkətinə əsəbləşmiş, ona cəhənnəm ol deyib onu mağazdan çıxarmış, sonra isə Nübarın əri Xəqaniyə zəng edərək onu mağazaya dəvət etmişdir. Xəqani gəldikdən sonra Nübar ilə aralarında baş vermiş mübahisəni ona izahat etmiş, Xəqani isə bu işi araşdırıb ona bir söz deyəcəyini bildirmişdir. Daha sonra arvadının yanına getmiş, təxminən bir saat sonra Xəqani Nübar ilə birlikdə onun mağazasına gəlmiş, ona səhv hərəkət etdiyini bildirmiş, sonra isə onun üzərinə hücum edib onun sinəsindən zərbə vurub, daha sonra isə sinəsindən tutub fiziki güc tətbiq edərək onu yerə yıxmışdır. Bu zaman onun mağazasında işləyən Kamran adlı şəxs onları arasına girib onları aralaşdırıb sakitləşdirmişdir. Xəqani mağazdan çıxıb getmiş, 21.11.2021-ci il tarixdə axşam saat 19:15 radlərində ona zəng edərək Qəbələ şəhərində Maral adlanan əraziyə çağırıb söhbət etmək istədiyini bildirmişdir. O isə Xəqaniyə “sözün var gəl mağazada de, söhbəti uzatma” demiş, dəvət etdiyi yerə getməmişdir. 23.11.2021-ci il tarixdə Xəqani onun işlədiyi mağazaya gələrək onu mağazdan çölə dəvət etmiş, o isə bu söhbət son qoyduğunu bildirmişdir. Onun yanından getmiş, lakin həmin gün Xəqani mağazaya gələrək ona “sən Nübardan üzür istəməlisən” demiş, o isə Xəqaniyə ilk öncə Nübarın onu tül rulonu ilə vurduğunu, səhv onun olduğunu, üzür istəməyəcəyini bildirmişdir. O da Nübarın üzür istəməyəcəyini demiş, sonra isə heç kimin olmadığı yerdə onun ilə söhbət edəcəyini demişdir. Ona məxsus VAZ 2104 markalı maşının ön oturacağın oturmuş, ona maşını idarə etməyini bildirmiş, həmin vaxt polis əməkdaşları onların yanına gəlmişdir. Onları Qəbələ RPŞ-nə dəvət etmişlər. Şəxsla barışmışlar. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, X1 onun əridir. O, hal-hazırda Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən Nubu gözəllik solunun işlədir. 21.11.2021-ci il tarixdə onun gözəllik salonunun yanında yerləşən gül dünyası mağazasında işləyən Rəşad adlı şəxs internet modemini özbaşına söndürüyündən, o, Rəşadın mağazasına yaxınlaşıb qapısını açaraq onlara modemi nə üçün söndürdüyünü irad bildirmiş, dərhal interneti qoşmasını demişdir. Sözügedən interneti o, Rəşad ilə şərikli olaraq çəkdirmişlər. Rəşad isə ona “əlimizdə işimiz var, bitdikdən sonra interneti taxarıq” demişdir. O isə Rəşada “mənim əlimdə işim var onu üçün internetin dərhal qoşulmalıdır” demiş, bu zaman Rəşad içəridən söz ataraq “internet mənimdir istəsəm heç taxmaram” demişdir. Sonra isə ona kobudcasına mağazanı tərk etməyini demişdir. Rəşad əvvəllərdə ona söz atmış, sataşdığı üçün indi də bele sərt cavab verməsi onu əsəbləşdirmişdir. O Rəşada “məni əsəbləşdirmə, yoxsa əlimə nə keçsə sənə atacam” demiş, Rəşad isə ona “onu demirlər edirlər” demiş, bu zaman o, mağazada olan tül rulonunu götürüb Rəşada atmış, Rəşad isə rulonu yerdən götürüb ona “sən çaşdın” demiş, daha sonra isə rulonu onun başına vurub sonra isə rulonu ona göstərib qeyri-etik ifadələr işlətmiş, üstünə gələrək mağazanın qapısını bağlamış, lakin orada olan işçilər mağazanın qapısını açmışdır. Onu mağazadan çölə çıxarmış, o öz salonuna qayıtmışdır. Bundan sonra Xəqani onun işlədiyi yerə gələrək Rəşad ilə arasında olan mübahisənin nə məsələ olduğunu soruşmuş, o, Xəqaniyə olanları izah etmiş, bundan sonra əri Xəqani ilə birlikdə Rəşadın mağazasına qayıtmış, həyat yoldaşı Xəqani Rəşada ondan üzr istəməsini demişdir. Rəşad isə əvvəllcə onun üzr istəməli olduğunu bildirmiş, bu zaman Xəqani əsəbləşərək Rəşadın yaxasından tutmuş, həmin vaxt Rəşad polis çağıracığını demiş, Xəqani Rəşadın yaxasını buraxıb polis çağırmasını gözlədiyini demiş, lakin Rəşad sonra polis çağırmayacığını demiş, onlarda buna görə mağazdan getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, Qəbələ şəhəri H.Əliyev prospektində X11 mağazasını işləyir. Onun mağazada işi texniki işlər əkil düzəltmək, gül yığmaqdadır. Zərərçəkmiş şəxs onun müdiridir. O da onunla birlikdə mağazada işləyir. 21.11.2021-ci il tarixdə o, mağazada əkil düzəldirmişdir. Həmin gün Rəşad ilə Nübar arasında sözlü mübahisə yaranmışdır. Nübarın Rəşada və ya Rəşadın Nübara tül rulonu atdığını görməmişəm ,lakin Xəqaninin Rəşadın sinəsinə yumruq ilə vurmuş, daha sonra isə onların birbirləinə qarşı fiziki güc tətbiq etmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 29.11.2021-ci il tarixli 592 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön sol yuxarı hissəsinin və sol bazunun bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 21 noyabr 2021-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/1531 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati icraat aparılan və zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar