Məhkəmə qərarları › İş №3(025)-638/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-638/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-638/2021 22.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X5, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1980-ci il dekabrın 23-də Əsgəran rayonu Ərənzəmin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 dekabr 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X13 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, 17.10.2021-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində avtomobil təmiri sexində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs itələyərək ona fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X13 göstərdi ki, 17.10.2021-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində avtomobil təmiri sexində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs itələyərək ona fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayon Zarağan kəndində Səfərbərlik və Hərbi Xidmətə Çağırış binasının arxa tərəfində avtomobil sexinə 17.10.2021-ci il tarixdə özünə məxsus avtomobilini təmir etdirmək məqsədilə dostu Cümşüd adlı şəxs ilə saat təxminən 16 radələrindən sonra getmişdir. Avtomobilini oradakı Ziya adlı şəxsə təmir etdirirmiş, həmin vaxt Ziyanın sexindən təxminən 15-20 metr məsafəsində adını sonradan bildiyi Bəhruz adlı şəxsin sexində sözlü mübahisə olduğunu, Bəhruz adlı şəxsi onun yanında olan 2 nəfər şəxsdən birinin qolundan tutub dartışdırdığını görmüş, onlara yaxınlaşmış, niyə mübahisə etdiklərini soruşmuşdur. Bəhruz ona avtomobil təmir etdirdiklərini, lakin pulunu verməmiş aparmaq istədiklərini demişdir. Həmin şəxslərdən biri Bəhruza “avtomobilin açarını apar üzərinə qoy” deyərək qolundan tutub dartırmış, onları sakitləşdirmiş, həmin şəxslər gəldikləri avtomobilə minmişlər. Bundan sonra onlar yenidən avtomobildən düşmüşlər, nalayiq ifadə işlətmişlər, onlardan biri, yəni Dimitriy Xalatov adlı şəxs köynəyini çıxardaraq “mən Qarabağ müharibəsində iştirak etmişəm, mən udinəm, bizə prezident volya veribdir, istədiyimizi edə bilərik” sözünü demişdir. Bu zaman onlara “açar məndədi, Bəhruzu göstərib, onu zəif görüb üzərinə niyə düşmüsüz, ala bilirisinizsə məndən alın, biz 3 min şəhid vermişik, mənim dostlarım şəhid olubdur, tanışlarım müharibədə iştirak edibdir, maşının təmir işinə Qarabağ müharibəsində iştirak etməyin nə dəxli var, hamımızın düşməni ermənidir” sözünü demişdir. X12 üzərinə getmiş, Dimitriy Xalatovu əli ilə itələmiş və çıx get demişdir. Bu zaman Dimitriy Xalatovu onun sol gözünə bir dəfə yumruq ilə zərbə vurmuş, Cümşüd həmin zaman ona yaxınlaşaraq kənara çəkmiş, həmin şəxsi də Bəhruz tutub kənarda saxlamışdır. Sonra ona dostu Tərlan zəng etmiş və Tərlan həmin yerə gəlmiş, Cümşüd onu Tərlanın avtomobilinə mindirərərək yola salmış və Böyük Pirəlli kəndinə getmişlər. Aralarındakı münaqişə təxminən 5-6 dəqiqə davam etmişdir. Münaqişə zamanı Dimitrik Xalatovu vurmamış, sadəcə itələmişdir. Mübahisə sexin qarşısında olmuş, hər hansı əşya sınmamışdır. Dimitriy Xalatova udin, xiristian və erməni olduğunu bildirməmişdir. Onlarla dalaşdığına görə əməlindən peşimandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, atasına məxsus Vaz 21015 markalı Rusiya nömrəsi ilə avtomobil vardır. Həmin avtomobili 15.10.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin inzibati binasının arxa hissəsində Gilan şirkətinə məxsus ərazidəki avtomobil təmiri sexinə dostu X10 ilə birlikdə aparmışdır. Avtomobilini orada olan Bəhruz adlı ustaya vermiş və o, avtomobildə olan çürükləri təmir edəcəkmiş, Bəhruz ona 17.10.2021-ci il tarixdə axşamtərəfi avtomobili götürə biləcəyini demiş, Bəhruzla 200 manat müqabilində razılaşmışdır. 17.10.2021-ci il tarixdə səhər saatlarında Bəhruz adlı ustaya zəng etmiş, daha sonra isə həmin gün saat təxminən 17 radələrində həmin sexə qardaşı Mixail və dostu Dimitriy Mosesov ilə birlikdə getmişlər. Bəhruz adlı ustaya yaxınlaşmış, ona avtomobili götürmək istədiklərini bildirmişlər. Avtomobilə baxan zaman görmüşlər ki, usta avtomobili tam təmir etməyib və onlardan 200 manat zəhmət haqqı istəyir. Bəhruz adlı ustaya “axı biz avtomobili tam təmir etməyə görə 200 manat vermişdik” sözünü demişdir, çünkü Bəhruz adlı usta avtomobilin karniz hissəsini tam düzəltməmişdir. Belə olub aralarında sözlü mübahisə yaranmış, Bəhruz avtomobilin içərisindəki açarı götürmüş və qardaşı Mixailə ondan avtomobil almadığını, avtomobili dostu Dimitrini, yəni “Dima” ləqəbli digər ustanı göstərərək ondan aldığını və ona da təhvil verəcəyini bildirmişdir. X19 qolundan tutaraq açarı apar maşına qoy demiş, bu zaman orada olan tanımadığı adını sonradan bildiyi Namiq adlı şəxs qardaşının çiynindən tutaraq açarın özündə olduğunu demişdir. Qardaşı Namiqə onunla deyil, usta ilə söhbət etdiyini, müdaxilə etməməsini bildirmişdir. Namiq də açarların onda olduğunu, verməyəcəyini bildirmişdir. Namiqə yaxınlaşıb ora avtomobili özünün gətirdiyini, Namiqin bu işə aidiyyətinin olmadığını demişdir. Namiq isə ona “sən haranın küçüyüsən” sözünü deyən zaman qardaşı Mixail Namiqə düzgün danışmasını, onun müharibədə iştirak etdiyini demişdir. Namiq isə ona “sən udinsən, xiristinsan, ermənisən, kimsən ki, gedib müharibə edirsən” sözünü demiş, sonra onun yaxasından əli ilə tutaraq sifətinin sol hissəsindən bir dəfə sillə ilə zərbə vurmuşdur. Buna görə Namiqin sol gözünə iki-üç dəfə yumruq ilə zərbə vurmuşdur. Bu zaman Bəhruz və Bəhruzun yanında işləyən şəxs onları kənarlaşdırmışlar. Sonra qardaşı Mixail Namiqi kənara çəkərək “biz udinik, erməni deyilik” sözünü demiş, Namiq isə “mən sizi tanıyıram, sübut da edərəm ki, siz ermənisiz” sözünü demişdir. Onlar sözlü mübahisə etmişlər, bu zaman oradakı şəxslər mübahisənin davaya çevrilməsinə imkan verməmişlər. Sonra Namiq kiməsə zəng edib, oradan uzaqlaşmışdır. Həmin vaxt Namiq adlı şəxs qardaşını, eləcə də qardaşı Namiqi vurmamışdır. Qardaşı Mixail sadəcə olaraq Bəhruz adlı ustanın qolundan tutub dartmışdır. Mübahisə sexin qarşısında olmuş, hər hansı əşya sınmamışdır. Münaqişə zamanı digər sexlərin iş fəaliyyəti dayanmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Qəbələ rayon Zarağan kəndində Qəbələ şəhər Səfərbərlik və Hərbi Çağırış binasının arxa tərəfində avtomobil sexində icarə əsasında işlətdiyi sexdə avtomobil təmiri edir. Belə ki, dəmirçi kimi fəaliyyət göstərir. 15.10.2021-ci il tarixdə səhər saatlarında işə gələn zaman görmüş ki, həmin avtomobil sexində motorist işləyən Dimitriy Mosesov adlı tanışı ilə onun yanında tanımadığı bir nəfər şəxs var və onlar Rusiya nömrəsi ilə olan Vaz-21015 markalı avtomobilin yanında dayanmışlar, onlar ilə salamlaşmışdır. Dimitrini hamı Dima kimi çağırır. Dima ona avtomobilin çürüklərini təmir etmək lazımdır demiş, qiymətdə razılaşmışlar. Belə ki, avtomobili təmir etməsinə görə 200 manat istəmiş, Dima ləqəbli, Dimtriy Mosesov adlı şəxs ona hörmət etməsini bildirmiş, o da 180 manata təmir edəcəyini bildirmişdir. Onlara karnizlər yararsız olsa təmir etməyəcəyini demiş, onlar da razılaşmışlar və açarı ona verib getmişlər. Onlara 17.10.2021-ci il tarixdə axşam saatlarında gəlib avtomobili götürə biləcəklərini demişdir. Həmin gündən işə başlamış, qapılardakı çürükləri təmir etmiş, yeni 2 ədəd qabaq qanadlar yerləşdirmiş, 17.10.2021-ci il tarixdə saat təxminən 16 radələrində Dimaya zəng etmiş, avtomobilin hazır olduğunu bildirmiş, təxminən 1 saat sonra Dima, onun yanında iki nəfər şəxs gəlmişlər. Onlardan biri əvvəl Dima ilə gələn şəxs imiş. Onun adını sonradan öyrənmiş ki, adı Dimitridir. Onu yanındakı şəxs isə Dimitrinin qardaşı imiş, lakin adını bilmir. Dima onun yanından uzaqlaşıb getmiş, Dimitrinin qardaşı avtomobilin ətrafında gəzərək burada 200 manatlıq nə iş görmüsüz demiş, onlara karnizləri danışmadıqlarını demiş, Dimitrinin qardaşı isə yox karnizləri də düzəltmək lazımdır, karnizləri də düzəldin demişdir. Belə olub aralarında sözlü mübahisə yaranmış, belə olub avtomobildən açarları götürmüş və “səni tanımıram, Dima gəlsin açarları ona verəcəm” demişdir. Həmin şəxs, yəni Mixail adlı şəxs onun qolundan tutaraq onu dartışdırmış, ona açarları apar yerinə qoy demişdir. Bu zaman ora Dima gəlmiş, açarları Dimaya təqdim etmiş, lakin həmin şəxs ona sən açarları özün maşına qoymalısan demiş, yenə qolundan tutmuş, bu zaman orada olan avtomobilini təmir etdirməyə gələn adını sonradan bildiyi Ağdam rayonundan olan Namiq adlı şəxs onlara yaxınlaşmışdır. Dimitrinin qardaşına yaxınlaşaraq “siz bunu zəif görmüsüz, niyə mübahisə edirsiz, açar məndədi, ala bilirsizsə məndən alın” sözlərini demişdir. Bu zaman Dimitriy köynəyini çıxardaraq “mən Qarabağ müharibəsində iştirak etmişəm, mən udinəm, bizə prezident volya veribdir, istədiyimizi edə bilərik” sözlərini demişdir. Namiq isə ona “biz 3 min şəhid vermişik, mənim dostlarım şəhid olubdur, tanışlarım müharibədə iştirak edibdir, maşının təmir işinə Qarabağ müharibəsində iştirak etməyin nə dəxli var, hamımızın düşməni ermənidir” sözlərini demiş və X7 əli ilə itələmiş və çıx get demişdir. Bu zaman Dimitriy Xalatov Namiqin gözünə bir dəfə yumruq ilə zərbə vurmuş, Dimitrini tutub kənarda saxlamış, köməkçisi Rəşad Səmədov isə Dimitrinin qardaşını tutub saxlamışdır. Namiq isə kənarda dayanmışdır. Mübahisə dayandıqdan sonra Namiq oradan getmişdir. Dimitri isə şikayət edəcəyini demiş və polisə getmişlər, təxminən bir saat sonra qayıtmışlar. Dimitrinin qardaşı ona yaxınlaşaraq 180 manat pulunu vermiş və halal xoşun olsun demişdir. Ondan nə üçün mübahisə etdiklərini soruşmuş, bu zaman X1 vurduğuna görə Namiqi vurduğunu demişdir. Namiq ilə Dimitrinin bir-birini vurmağı təxminən 1 dəqiqə davam etmişdir. Mübahisə sexin qarşısında olmuş, hər hansı əşya sınmamışdır. Mübahisə zamanı digər sexlərin iş fəaliyyəti dayanmamışdır. Mübahisə zamanı Səmədov Rəşad, usta işləyən Ziya və Anar olmuş, digər şəxslərin kim olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Bəhruz Şahvələd oğlu ilə eyniməzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Dimitriy Xalatov onun dosdudur. Qəbələ rayon Zarağan kəndində Səfərbərlik və hərbi çağırışı xidmətinin arxasındakı avtomobil təmiri sexində motor ustası işləyir. Hərkəs onu Dima kimi çağırır. Dostu Dimitriy öz avtomobilini təmir etdirmək istəyirmiş, ona işlədiyi sexdəki Bəhruz adlı ustanı təklif etmiş, belə olub 15.10.2021-ci il tarixdə Qəbələ rayon Zarağan kəndində səfərbərlik və hərbi çağırış xidmətinin binasının arxasındakı avtomobil təmiri sexinə dostu Dimitriy Xalatov ilə birlikdə getmişlər. Avtomobili özü idarə etmişdir. Avtomobili orada olan Bəhruz adlı ustaya vermişlər və o, avtomobildə olan çürükləri təmir edəcəkmiş, Bəhruz onlara 17.10.2021-ci il tarixdə axşamtərəfi avtomobili götürə biləcəyimizi demiş, belə olub 17.10.2021-ci il tarixdə saat təxminən 17 radələrində həmin sexə Dimitriy, onun qardaşı Mixail və özü birlikdə getmişlər. Dostu Dimitriy və Mixaili Bəhruz ustanın yanına düşürüb öz maşını ilə başqa ustanın yanına getmişdir. Təxminən 5 dəqiqə sonra onlara yaxınlaşmış və görmüş ki, Mixail və Dimitriy ilə Bəhruz adlı usta qiymətlə bağlı sözlü mübahisə edirlər. Onlara yaxınlaşanda Mixail ona “Bəhruza de maşının açarını yerinə qoysun” sözünü demişdir. Bəhruza açarı dostu Dimitriyə verməsini bildirmiş, Bəhruz açarı verməmiş, belə olub Mixail Bəhruzun qolundan tutaraq açarı yerinə qoy demiş, bu zaman orada olan tanımadığı adını sonradan bildiyi Namiq adlı şəxs Mixailin çiynindən tutaraq “açar məndədi, vermirəm, ala bilirsənsə al” sözünü demişdir. Mixail Namiq adlı şəxsə “səninlə deyil, usta ilə söhbət edirəm, sən müdaxilə etmə” sözünü demişdir. Namiq də açarların onda olduğunu, verməyəcəyini bildirmiş, dostu Dimitriy Namiqə yaxınlaşıb “bura maşını mən gətirmişəm, sənin bu işə aidiyyətin yoxdur” sözünü demiş, Namiq isə Dimitriyə “sən haranın itisən” sözünü deyən zaman Mixail ona düzgün danışmasını, qardaşı Dimitrinin müharibədə iştirak etdiyini bildirmişdir. Namiq isə dostu Dimitriyə “sən udinsən, xiristinsan, ermənisən, kimsən ki, gedib müharibə edirsən” sözünü demiş, sonra Dimitrinin yaxasından əli ilə tutaraq sol üz nahiyəsinə bir dəfə şillə zərbəsı vurmuşdur. Dimitriy də buna görə Namiqin sol gözünə bir dəfə yumruq ilə zərbə vurmuş, bu zaman Namiqi tutmuş, Bəhruz və Rəşad isə Dimitriyi tutub kənara çəkmişlər. Sonra həmin yerə təxminən 15-20 nəfər şəxs yaxınlaşmış, Mixail Namiqi kənara çəkərək “biz udinik, erməni deyilik” sözünü demiş, Namiq isə “mən sizi tanıyıram, sübut da edərəm ki, siz ermənisiz” sözünü demişdir. Onlar sözlü mübahisə etmişlər, bu zaman oradakı şəxslər mübahisənin davaya çevrilməsinə imkan verməmişlər. Sonra Namiq ilə özü də söhbət etmiş, ona “mən udinəm, sən niyə mənim ilə millət söhbəti edirsən” sualını vermiş, Namiq isə ona “yaxşı edirəm millət söhbəti aparıram, siz ermənilərsiz” sözünü demişdir.. Sonra Namiq kiməsə zəng edib, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərdi ki, atasına məxsus Vaz 21015 markalı Rusiya nömrəsi ilə avtomobil vardır. Həmin avtomobili 15.10.2021ci il tarixdə Qəbələ rayon Zarağan kəndində Səfərbərlik və Hərbi çağırış xidmətinin binasının arxasında Gilan şirkətinə məxsus ərazidəki avtomobil təmir sexində qardaşı Dmitriy dostu X10 ilə birlikdə təmirə aparmışdır. 17.10.2021-ci il tarixdə qardaşı ona maşın hazırdır, gəl gedək götürək demişdir. Belə olub həmin tarixdə saat təxminən 17 radələrində həmin sexə qardaşı Dimitriy və dostu Dimitriy (Dima) Mosesov ilə birlikdə getmişlər. Bəhruz adlı ustaya yaxınlaşmışlar, Dima onları ora düşürüb özü başqa ustanın yanına getmişdir. Bəhruz adlı ustaya avtomobili götürmək istədiyimizi bildirdik. Onlar avtomobilə baxan zaman görmüşlər ki, usta avtomobili tam təmir etməyib və onlardan 200 manat əməkhaqqı istəyir. Qardaşı ustaya “axı biz avtomobili tam təmir etməyə görə 200 manat verəciyimizi danışmışdıq” deyə bildirdi. O da ustaya burada 200 manatlıq heç bir iş görülmədiyini demişdir. Belə olub aralarında sözlü mübahisə yaranmışdır. Bəhruz maşının içərisindəki açarı götürmüş, bir müddət sonra Dima gəlmişdir. O, Dimaya açarı Bəhruzdan alıb verməsini demiş, lakin Bəhruz açarı verməmişdir. Belə olub o, Bəhruzun qolundan tutaraq açarı yerinə qoy demişdir. Usta ona maşını ondan almadığını bildirmiş, Dimanı göstərərək maşını ondan aldığını və ona da təhvil verəcəyini bildirmişdir. Bu zaman orada olan tanımadığı adını sonradan bildiyi Namiq adlı şəxs arxadan onun çiynindən tutaraq açarın onda olduğunu demişdir. O, Namiq adlı şəxsə onunla deyil, usta ilə söhbət etdiyini, müdaxilə etməməsini bildirmişdir. O da açarların onda olduğunu, verməyəcəyini, ala bilirsənsə al demişdir. Qardaşı Namiqə yaxınlaşıb bura maşını onun gətirdiyini, Namiqə bu işə aidiyyatı olmadığını bildirmişdir. Namiq isə qardaşına “sən haranın itisən” deyən zaman onu düzgün danışmağı, qardaşının müharibədə iştirak etdiyini demişdir. Namiq isə qardaşına sən udinsən, xiristiansan, ermənisən, kimsən ki gedib müharibə edirsən demişdir. Sonra isə qardaşının yaxasından əli ilə tutaraq sol üz nahiyyəsinə bir dəfə sillə ilə vurmuşdur. Buna görə də qardaşı Namiqin sol gözünə iki dəfə yumruq ilə vurmuşdur. Orada olan Bəhruzun yanındakı işçi onu tutub kənara çəkmiş, Dimitri ilə Namiqi isə oradakı şəxslər aralaşdırmışlar. Sonra isə o, Namiqi kənara çəkərək “biz udinik, erməni deyilik” deyə bildirmiş, Namiq isə onların erməni olduğunu sübut edə biləcəyini bildirmişdir. Daha sonra Namiq kiməsə zəng edib oradan uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının 22.10.2021-ci il tarixli 527 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-dan daxil olmuş HK-1/1368, HK-1/1369 və HK-1/1381 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Zərərçəkmiş şəxs, Şəxs və X9 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar