Məhkəmə qərarları › İş №3(025)-64/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-64/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-64/2021 08.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 00:40 radələrində Qəbələ şəhəri H.Aslanov küçəsində onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 İsmayıl Həmzət oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 00:45 radələrində Qəbələ şəhəri ərazisində onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə əmisioğlu X5 və qonşusu X6 ilə birlikdə Qəbələ rayon Yenikənd kəndində restoranların birində oturub yeyib-içirdilər. X11 spirtli içki qəbul etmədi. O və əmisioğlu Fərid ikisinə bir ədəd 750 qram araq içdilər. Sonra 2-cisini sifariş etdilər. Ondan sonra nə qədər içdiklərini xatırlamır. Sonra həmin restorandan duraraq Qəbələ şəhərinə gəldilər. O və əmisioğlu imkili olduğu üçün avtomobili Səfərov Tural idarə edirdi. Qəbələ şəhərində yol hərəkəti qaydalarını pozduğu üçün 00:40 radələrində H.Aslanov küçəsində onları YPX əməkdaşları saxladı. Həmin vaxtı sükan arxasında olan Tural maşından düşərək onlara yaxınlaşdı. Sonra isə Fərid də onlara yaxınlaşdı. Bir müddət sonra o ön oturacqda oturaraq maşını hərəkətə gətirdi və 3-4 metr Tural cəld tərpənərək maşını hərəkətsiz vəziyyətə gətirdi. Sonra o avtomobildən düşüb polis əməkdaşları ilə mübahisə etməyə başladı. Sərxoş olduğundan söyüş söyərək polis əməkdaşlarına tabe olmamışdır. Polis əməkdaşları dəfələrlə ona söyüş söyməməyi, tabe olmağı söyləsələr də, o bunlara məhəl qoymamışdır. Daha sonra onu polis şöbəsinə gətidilər, şöbədə də həmin hərəkətləri etməyə davam etdi. Şöbənin həyətində olan avtomobillərə təpikləmiş, Niva markalı avtomobilin üstünə çıxaraq onu əzmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 00:45 radələrində Qəbələ şəhəri H.Əliyev prospektindən H.Aslanov küçəsinə “Tofaş” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil dönmə siqnalı vermədən döndüyündən avtomobili saxlamışlar və yaxınlaşaraq sənədləri təqdim etməyi xahiş etmişlər. X13 sürücülük vəsiqəsi təqdim edərək avtomobil sahibinin yanında olduğunu və həmin şəxs sərxoş olduğundan avtomobili onun idarə etdiyini bildirdi. Bu zaman Cəfərov Fərid də atomobildən bildirdi qayda pozuntusu etdiklərini etiraf elədi. Həmin zaman avtomobildə arxada əyləşən Şəxs qəflətən avtomobilin sükan arxasına keçərək avtomobili idarə etməyə başladı. Cəfərov Tural cəld avtomobilə tərəf qaçaraq avtomobilin qapısını açdı və onu hərəkətsiz vəziyyətə gətirə bildi. Şəxs avtomobildən enərək onların və ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdi. Onu dəfələrlə nizam intizana dəvət etmiş, lakin həmin şəxs qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də Qəbələ Rayon Polis Şöbəsinin növbətçi hissəyə təhvil verilmişdir. Şöbədə olarkən belə Şəxs qanunsuz hərəklər etməyə davam etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs şöbənin həyətində olan avtomobillərə təpiklədi və Şevrolet markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin üstünə çıxaraq onun damını əzmişdir. Məhkəmə iclasında şahid X10 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sutkalıq olaraq Qəbələ RPŞ-nin növbətçi hissəsində məsul növbətçi olmuşdur. Gecə saatlarında köməkçinin istirahət otağında dincəlirdi və bu vaxt Qəbələ RPŞ-nın YPX bölüyünün əməkdaşları və PPXB-nin əməkdaşları tanımadığı bir nəfər şəxsi sağ və sol qolundan tutaraq şöbənin giriş qapısından içəri gətirdilər. Dərhal çölə çıxıb əməkdaşlardan gətirdikləri şəxsin kim olduğunu və nə səbəbdən gətirildiyini soruşdu. Əməkdaşlar bildirdi ki, gətirdikləri şəxs Qəbələ rayon, Yenikənd kənd sakini Şəxs Həmzə oğludur. Onlar həmçinin bildirdilər ki, Şəxs sərxoş vəziyyətdə Qəbələ şəhəri H.Aslanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və bu səbəbdən şöbəyə dəvət olunub. Sakitləşməsi üçün onu şöbənin arxa hissəsinə keçirib əl-üzünü yumasını təklif etdilər. Bu zaman o uca səslə polis əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlətməyə davam etdi. İsmayılı sakitləşdirməyə cəhd etsə də İsmayıl onun tələblərinə tabe olmurdu. Şəxs sərxoşluq müayinəsindən keçirtdi və müayinə nəticəsində vətəndaşın ağır dərəcədə sərxoş olduğu müəyyən edildi. Daha sonra o, Şəxs ayılması üçün şöbənin inzibati həyətində saxlayıb özü xidməti otağına getdi. Vətəndaşın hərəkətlərinə nəzarət etmək üçün kamera monitoruna baxarkən gördü ki, dayanacağa yerləşdirilmiş avtomobilin və xidməti maşın olan Şevrolet Niva markalı maşının üstünə çıxaraq qərəzli şəkildə onu təpikləyərək əzirdi. Dərhal xidməti otaqdan çıxaraq digər polis əməkdaşlarına bu barədə məlumat verib dərhal vətəndaşı avtomobilin üstündən düşürtdülər və xüsusi vasitə sayılan əl qandalında istifadə etdilər. Həmçinin onun üzərinə baxış keçirdərək bunu aktlaşdırdılar. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar