Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-64/2025 25.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291653) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Qəbələ şəhəri, 28 May küçəsində yerləşən “Qəbələ palace” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır. xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Çingiz adlı şəxsin oğlu Mustafanın Qəbələ şəhəri 28 may küçəsində yerləşən “Qəbələ Palace” restoranında keçirilən toy məclisində iştirak etmiş və çoxlu miqdarda spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Toyun sonlarında restorandan çıxandan sonra yolda səroxş olduğundan ayaq üstə dura bilmədiyi üçün müvazinətini itirərək yerə yıxılmış və burnundan xəsarət almışdır. Restoranın qarşısında olarkən yıxıldığı üçün yüksək səslə danışaraq ünvansız nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ilə mübahisə etdiyi zaman həmkəndlisi Seymur onlara yaxınlaşmışdır. Həmin vaxt o da onu polislərdən müdafiə etmək niyyəti ilə mübahisəyə qoşulmuşdur. Həmin vaxt sərxoş olduğu üçün ünvansız nalayiq ifadələr işlətmişdir. İş üzrə şahid X4 göstərmişdir ki, o, Qəbələ RPŞ polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 22:30 rdələrində Qəbələ RPŞ-nin PPXB-nin sürücü polis nəfəri, polis serjantı X2 ilə birlikdə 6 N-li dislokasiya postu üzrə xidmətdə olmuş və 28 may küçəsində “Qəbələ Palace” şadlıq sarayının qarşısında bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsini müşahidə edib ona yaxınlaşmışlar. Həmin şəxsin (Qəbələ ryon Bum qəsəbə sakini Şəxs) ağır dərəcəli sərxoşluğu və burun nahiyyəsində xəsarətləri olmuş, ondan nə baş verdiyini soruşduqda suallarına cavab verməyərək ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Qəbələ rayon Bum qəsəbə sakini Şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmələrini tələb etmiş və “siz kimsiniz bura gəlmisiz, gedin işinizlə məşğul olun” deyərək xidməti vəsifələrini icra etməyə mane olmağa çalışmışdır. Bundan sonra Seymur Abbasov və Şəxs onlarla mübahisə edərək səs-küy salmış, nizam-intimaza dəvət olunsalar da nalayiq söyüşlər söyərək ictimai asayışı pozmuşlar. Ona görə də, əlavə polis əməkdaşları çağırılaraq Seymur Abbasov və Şəxs rayon Polis Şöbəsinə gətirilmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X2 şahid X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022610 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 23:10-da AR İXM-nin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 36 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (0,9 pr.m) aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 fevral 2025-ci il tarixdən saat 23:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-64/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-64/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver