Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-644/2024 05.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə anadan olmuş, AR vətəndaşı, Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахаraq MÜƏYYƏNETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6689101) tərtib edilmişdir ki, o, idarə etdiyi «Mercedes Benz 240 Minik» markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 16:39 radələrində bitişik ərazidən Qəbələ şəhəri, H.Əliyev prospektinə çıxarkən həmin prospektlə Zarağan kəndi istiqamətdə hərəkətdə olan “Vaz 21060” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilə yol verməyərək həmin nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21060” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün arvadı Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Şəxs izahatında göstərmişdir ki, o, idarə etdiyi «Mercedes Benz 240 Minik» markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 16:39 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Emil” market adlı marketin yan tərəfindəki ara küçədən 30 km/saat sürətlə prospektə doğru hərəkət etmiş və yol kənarında dayanmış avtomobillər baş yolu açıq-aydın görməyə mane olduğu üçün prospektlə Zarağan kəndi istiqamətində olan “Vaz 21060” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə qabaq sağ tərəfdən toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 31060” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21060” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərəri ödəmiş və Zərərçəkmiş şəxs sağalması üçün əlindən gələn hər şeyi edərək onunla barışmışdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:39 radələrində o, həyat yoldaşı X1 idarə etdiyi “Vaz 21060” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə Zarağan kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt «Mercedes Benz 240 Minik» markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşın “Emil” market adlı marketin yan tərəfindəki ara küçədən prospektə qəflətən çıxaraq onun olduğu avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, yüngül dərəcəli bədən xəsarəti almışdır. «Mercedes Benz 240 Minik» markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşınin sürücüsü Şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərəri ödəmiş və onun sağalması üçün əlindən gələn hər şeyi edərək onunla barışmışdır. İşdə olan AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı (xx.xx.2024-cü il tarixli 554 nömrəli müayinə aktı) onun bədən səthində aşkar edilmiş xəsarətlər – başın sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası və alının sol sağ yuxarı hissəsinin dərialtı hematoması kimi xəsarəti küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir və xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilməsi istisna edilmir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərininyetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldıraraq zərərçəkmiş şəxslə barışması Şəxs məsuliyyətini yüngülləşdirən haldılr. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alıb barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-644/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-644/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver