Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-646/2024 25.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748947) tərtib olunmuşdur ki, o, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200,0 manat aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-849/2020 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmiş, Zərərçəkmiş şəxs 3807,0 manat borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-849/2020 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə tələbi mütəmadi qaydada ödəmiş, lakin ödənişlər hər dəfə natamam olduğundan cəmi 3807 manat ödənilməmiş aliment borcu yaranmışdır. Hal-hazırda Qəbələ rayonu, Nohurqışlaq kəndində anası ilə birlikdə kirayədə yaşayır və əsasən sonuncunun pensiyası hesabına dolanır. Alimenti fəhlə kimi təsadüfi işlərin görülməsindən əldə etdiyi qazancla ödəyir və imkan daxilində borcunu tam şəkildə ödəmək niyyətindədir. İcra sənədi üzrə 4000 manat tələbkara ödəniş etmiş və 3807 manat borcu yaranmışdır. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-849/2020 saylı icra sənədi üzrə indiyədək 4450,0 manat ödənilmiş, cəmi 3807,0 manat məbləğində vəsaitin ödənilməsi təmin edilməmişdir. Ödənilən bütün məbləğlər hər dəfə icra yolu ilə məcburi qaydada tutulmuşdur. Şəxs qazancı barədə bildirmir və alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-849/2020 saylı icra sənədi üzrə yaranmış borcu tam şəkildə birdəfəlik ödəməsini Şəxs tələb edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-849/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs 02 may 2012-ci il təvəllüdlü X4 və 07 sentyabr 2013-cü il təvəllüdlü Muradova Ayşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilən aliment məbləği artırılaraq, hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment sabit pul məbləğində müəyyən edilmişdir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.20204-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-849/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli e157257/2020-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-849/2020 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-391/2022 saylı Qərarının surətinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200,0 manat aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-849/2020 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 157257/2020- 11-6-015 nömrəli arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)- 849/2020 saylı icra sənədi üzrə Şəxs Zərərçəkmiş şəxs 3807 manat aliment borcu vardır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-646/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-646/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver