Məhkəmə qərarları › İş №3(025)-649/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-649/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-649/2024 06.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxxxx 1990-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 18noyabr 2024-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X3 tərəfindən 20 noyabr 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Şəxs idarəetmə hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi VAZ21070 minik marka və modelli, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nic-Yemişanlı-Mıxlıqovaq yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində üzü Mıxlıqovaq kəndinin mərkəzi istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlayan, yerdəyişən, dönən, ötən, dayanan zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən tələblərə riayət etməyərək qarşısında olan nəqliyyat vasitəsini ötmə əməliyyatını icra etmək üçün sol, yəni əks istiqamətli hərəkət zolağına çıxan zaman ehtiyatsızlığından əks istiqamətli hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi21723 minik markalı, ** FZ *** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə əks tiqamətli hərəkət zolağında, yəni VAZ21723 minik markalı, ** FZ *** dövlət nömrə nişan minik avtomobilinin hərəkətdə olduğu zolaqda toqquşmuş, toqquşma yol nəqliyyat hadisəsinin təsirindən VAZ21723 minik markalı, ** FZ *** dövlət nömrə nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarəti almış, Şəxs özü isə öz ehtiyatsızlığından baş vermiş yol nqəliyyat hadisəsi zamanı sağlamlığa zərər vurmayan bədən xəsarəti almış və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X3 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanıX5 oğlu tərəfindən araşdırılma aparılmış, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yaşayır, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində üzü Mıxlıqovaq kəndinin mərkəzi istiqamətində özünə məxsus VAZ21070 minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda təxminən 50 km saat sürətlə öz hərəkət zolaqı ilə hərəkətdə imiş. Həmin vaxt ondan öndə tanımadığı VAZ21010 minik markalı avtomobil hərəkətdə imiş, həmin avtomobili ötüb keçmək üçün sola, yəni əks istiqamətli hərəkət zolağına avtomobili çıxarmış, bu zaman isə həmin zolaqda hərəkətdə olan VAZ21723 minik marka və modelli, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə avtomobilinin ön hissəsi toqquşmuşdur. Toqquşmanın təsirindən hər iki avtomobil qabaq-qabağa hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə amanı sərxoş olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Avtomobili "BC" kateqoriyalı sürücülük vəsiqəsi əsasında darə étmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı sığorta şirkəti qarşılayacaqdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində üzü yaşadığı ev istiqamətində özünə məxsus VAZ21723 Minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda təxminən 40 km saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə imiş. Bu zaman qarşıdan əks istiqamətli hərəkət zolağında hərəkətdə olan həmkəndlisi Hicran Mütəllibovun idarə etdiyi VAZ21010 minik markalı avtomobili ötmək istəyən Şəxs idarə etdiyi VAZ21070 minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili onun hərəkət zolağına çıxartmış və onun hərəkət zolağında hər iki avtomobil ön hissələri ilə toqquşmuşdur. Toqquşmanın təsirindən hər iki avtomobil hərəkətsiz vəziyyətdə dayanmışdır. Bundan sonra dizlərində ağrı hiss etdiyi üçün Qəbələ RMX-ya müraciət etmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Hadisə zamanı avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə zamanı diz nahiyyəsindən əzik xəsarətləri almışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün avtomobili nisəbətən sağa, ehtiyat hissəyə doğru hərəkət etdirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/1459 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Araşdırma zamanı VAZ21723 minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs məxsus B kateqoriyalı sürücülük vəsiqəsinin olduğu, VAZ21070 minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs məxsus isə avtomobil idarə etmək üçün BD 123939 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin olduğu müəyyən edilmişdir. - Materiala əlavə edilmiş sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarında Zərərçəkmiş şəxs və Şəxs hadisə baş verən anda ayıq olduqları müəyyən edilmişdir. - Aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs və Şəxs bədəni üzərində xəsarətlərin olub-olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nın PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 536 saylı rəyə əsasən Zərərçəkmiş şəxs əriman oğlunun bədəni üzərində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarətinin olduğu, 542 saylı rəyə əsasən isə Şəxs bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyətiniyüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Şəxs idarəetmə hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi VAZ21070 minik marka və modelli, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nic-Yemişanlı-Mıxlıqovaq yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisindən keçən hissəsində üzü Mıxlıqovaq kəndinin mərkəzi istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlayan, yerdəyişən, dönən, ötən, dayanan zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən tələblərə riayət etməyərək qarşısında olan nəqliyyat vasitəsini ötmə əməliyyatını icra etmək üçün sol, yəni əks istiqamətli hərəkət zolağına çıxan zaman ehtiyatsızlığından əks istiqamətli hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi 21723 minik markalı, ** FZ *** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə əks tiqamətli hərəkət zolağında, yəni VAZ21723 minik markalı, ** FZ *** dövlət nömrə nişan minik avtomobilinin hərəkətdə olduğu zolaqda toqquşmuş, toqquşma yol nəqliyyat hadisəsinin təsirindən VAZ21723 minik markalı, ** FZ *** dövlət nömrə nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarəti almış, Şəxs özü isə öz ehtiyatsızlığından baş vermiş yol nqəliyyat hadisəsi zamanı sağlamlığa zərər vurmayan bədən xəsarətalmasına səbəb olmuşdur. Şəxs barəsində olan material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPBnə verilmişdir. Bununla da Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar