Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-65/2021 19.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1991-ci il oktyabrın 28-də Qəbələ rayon Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qəbələ şəhəri, Zarağan-2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, Q.Qarayev küçəsi, ev 31-də Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini sındıraraq 100,04 manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(025)-451/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 100 manat 04 qəpik məbləğində cərimə edilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(025)-451/2020 nömrəli qərarından barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(107)-25/2021 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(025)-451/2020 nömrəli qərarının baxılmış şikayətə münasibətdə ləğv edilməsi və işin yenidən baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 göstərdi ki, Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, Q.Qarayev küçəsi, ev 31-də Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini sındıraraq 100,04 manat maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün şöbənin ictimai təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qarşı onun düşmənçilik aparması üçün heç bir səbəb yoxdur. Belə ki, Zərərçəkmiş şəxs iddia edir ki, o, dostu Yavər Əhmədovanın, Zərərçəkmiş şəxs xeyrinə Şahin Cavadova qarşı şahidlik etməsinin əleyhinə olduğu üçün düşmənçilik aparmağa başlamışdır. Əslində isə Zərərçəkmiş şəxs guya onun avtomobilini yandırdığını söylədiyi qonşusu Şahin Cavadova qarşı yalandan şahidlik etməkdən imtina etdiyi üçün onunla düşmənçilik aparmağa başlamışdır. Alimə xx xxxxxxx 2020-ci ildə zəng edərək onu evlərinə çağırmış və ondan tələb etmiş ki, o, qonşusu Şahin Cavadovun onun avtomobilini yandırdığını gördüyü barədə polisə yalandan izahat versin. O, bundan qəti şəkildə imtina etdikdən sonra Alimə, ona qarşı bu cür böhtanlar atmağa başlamışdır. O, yalançı şahidlikdən imtina edərkən Zərərçəkmiş şəxs onu təhdid etsə də, onun bu cür addımlara əl atacağını inanmamışdır. Zərərçəkmiş şəxs ona qarşı təqdim etdiyi şahidləri də öz ailə üzvlərindən ibarətdir, hətta şahid olaraq göstərdiyi uşaqları yetkinlik yaşında da deyillər. Ona qarşı şahid kimi təqdim etdiyi Yavər Əhmədova isə onunla olan söhbətlərində belə bir izahat vermədiyini dəfələrlə söyləmişdir. Yəni, Zərərçəkmiş şəxs sadəcə qonşusuna qarşı yalandan şahidlik etmədiyi üçün qisas almaqla məşğuldur. Həmçinin hadisənin olduğu iddia edilən küçədə, yəni Zərərçəkmiş şəxs həyətinə düşən kameralar var. Əgər həmin hadisələri o törətmiş olsaydı, mütləq kamera görüntüləri olardı. Lakin onun tələblərinə baxmayaraq təhqiqat zamanı polis bu barədə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə göstərilmiş hadisənin onun tərəfindən törədilmiş olmasını sübut edən heç bir əsaslı dəlil yoxdur. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Qəbələ şəhərində qızı Günay, oğlu Nicat və rəfiqəsi Yavər ilə birlikdə yaşayır, Şəxs isə X10nın vasitəçiliyi ilə tanımışdır. xx.xx.2020-ci il tarixdə ona məxsus avtomobilin bir hissəsi qonşuluğunda yaşayan Şahin adlı şəxs tərəfindən yandırılmış və bu barədə Qəbələ RPŞ-də araşdırma aparlılaraq qərar qəbul edilmişdir. Lakin ona məxsus avtomobili Şahin yandıran zaman onunla birlikdə yaşayan X10 hadisəni görmüş və bu barədə polis şöbəsinə gələrəlk izahat vermişdir. Lakin Şəxs dəfələrlə yaşadığı ünvana gələrək Yavər Əhmədovaya onun avtomobilinin yandığını görməsi ilə bağlı şahid kimi ifadə verməməsi bildirmiş, lakin Yavər Əhmədova da şahid qismində izahat verəcəyini bildirdikdə aralarında münaqişə yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində onlar yaşadıqları evdə yatan zaman qəflətən səs eşidərək ayağa qalxmışlar və onlar ayağa qalxan kimi yaşadıqları evin pəncərələrinin şüşələrini kiminsə daşla qırdığını görərək qapıdan evin qarşısına çıxdıqda Şəxs ona məxsus həyətdə olduğunu, onu görən kimi qaçıb gizlədiyini görmüş və Anar onun, eləcə də onunla birlikdə olan şəxslərin, yəni qızı Günayın, oğlu Nicatın və rəfiqəsi Yavərin ünvanına nalayiq söyüşlər söymüş və yenidən yerdən odun və daş götürərək evin pəncərələrinin şüşələrini qırmağa başlamışdır. Təxminən 20 dəqiqə müddətində Şəxs yaşadığı evin pəncərəsinin şüşələrinin əksər hissəsini, yəni 11 gözünü qırmış və onun polisə zəng etdiyini bilərək qaçıb getmişdir. Səhər durduqda isə həyətinin müxtəlif yerlərində qırmızı zəhərə bənzəyən maddə ilə qarışdırılmış şəkildə buğda olduğunu müəyyən etmişdir. Düşünür ki, həmin buğdanı da Şəxs onun toyuq-cücəsini zəhərləmək üçün həyətə tökmüşdür. xx.xx.2020ci il tarixdə isə gecə saat təxminən 02 radələrində isə Şəxs yenidən yaşadığı ünvana gəlmiş, onlarla münaqişə etmiş və həyətdə olan itə iynə vuraraq səhərədək zərərsizləşdirmişdir. xx.xx.2020-ci il tarixdə saat 05 radələrində onlar yaşadıqları evdə olan zaman yenə də qəflətən həyətdən səs gəldiyini eşitmiş, o, əri Elşən Mustafayev eləcə də övladları oyanaraq bir otağa keçmişlər. Əri, o və oğlu Nicat yaşadığı evdən çölə çıxdıqda Şəxs onların həyətində olduğunu, üzərində isə müxtəlif qablarda motor üçün nəzərdə tutulmuş olan yağ olduğunu görmüşlər. Şəxs onları görərək onlara doğru bir neçə dəfə daş atsa da daşlar onlara dəyməmişdir. Daha sonra isə Şəxs üzərində gətirdiyi içərisində yağ olan qabları divarlara, pəncərələrə vurmağa başlamış, evinin pəncərələri də qırıq vəziyyətdə olduğu üçün qablara doldurulmuş yağların bir hissəsi də evin içərisinə dağılmışdır. Bir neçə yerdən evin divarlarına və içərisinə yağ atdıqdan sonra isə evi yandıracağını bildirsə də o, Anarın üzərinə getmiş və ona vurmaq istədikdə o geriyə çəkilçiş, polisə zəng etdiklərini bilərək qaçaraq həyətdən çıxmışdır. Şəxs dəymiş zərərin ödənilməsini tələb edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X4 və Zərərçəkmiş şəxs DİN-nin 102 Xidmətinə etdiyi zənglər əsasında toplanmış HK-1/1235 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, ancaq Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraatın başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli protokoldan isə müəyyən olunur ki, Şəxs xx xxxxxxx 2020 və xx xxxxxxx 2020-ci il tarixlərdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini qəsdən sındırmış və nəticədə Zərərçəkmiş şəxs, ümumilikdə 100.04 manat məbləğdə maddi ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Zərərçəkmiş şəxs ilə Şəxs arasında gərgin münasibətlər olması müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini qəsdən məhv etməsi və ya zədələməsi öz təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs həm məhkəmə icasında verdiyi izahatında, həm də iş materiallarında olan izahatlarında Şəxs ona məxsus evin pəncərələrinin şüşələrini sındıraraq ona ziyan göstərməsini qeyd etsə də, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nizamlının xx xxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini sındırmamasını qeyd etmişdir. Lakin təhqiqatçı şahidlər yetkinlik yaşına çatmayan X4, X2, o cümlədən X7 dindirərək Şəxs əməlini İXM-nin 232-1-ci maddəsi ilə qiymətləndirmişdir. Lakin yetkinlik yaşına çatmayan şahidlər X4, X1 Mustafayevanın uşaqları, şahid X17 Mustafayevanın yaxın dostu olmaqla maraqlı şəxs olduğu üçün onların izahatı sübut kimi qiymətləndirilməməlidir. Göründüyü kimi təhqiqatçı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, yalnız Zərərçəkmiş şəxs yaxınları olan şahidlərin izahatı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini sındırmaqla sonuncuya maddi zərər vurması öz təsdiqini tapmadı. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi onun üzərinə düşmədiyindən və məhkəməyə Şəxs qumar oynamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in 8.2-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini sındırması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, xx xxxxxxx 2020-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus evin pəncərələrinin şüşələrini sındırmaqla sonuncuya maddi zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232- 1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-65/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-65/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver