Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-65/2024 23.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-65/2024 saylı qərarından AR DİN BDYPİ tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: AR DİN BDYPİ İİ Tağım YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ilə X2 xx.xx.2023-cü il tarixdə, saat 14-36-da idarə etdiyi “Mersedes Benz E220 CDİ Minik” markalı ** GP *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Bakı-Şamaxı avtomobil yolunun 13,5 kn ilə hərəkətdə olarkən telefondan əldə saxlamaqla istifadə etdiyinə görə AR İXM-nin 342.6-cı maddəsi ilə 50,0 manat cərimə edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-65/2024 saylı qərarı ilə AR DİN BDYPİ İİ Tağım YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilmiş və X2 barəsində AR İXM-nin 342.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə AR DİN BDYPİ şikayət edib Qəbələ Rayon Məhkəməsinin iş xx.xx.2024-cü il tarixli 3(025)-65/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. AR İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarlndan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-65/2024 saylı qərarının surəti xx.xx.2024-cü il tarixli 3(025)65/2024 saylı məktubla AR DİN BDYPİ-yə göndərilmiş, qərardan şikayət edilməmiş və xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, AR DİN BDYPİ Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(025)-65/2024 saylı qərarından şikayət etmə müddətini ötürmüş, qərarının surətinin idarənin dəftərxanasına daxil olma tarixini göstərməyərək şikayət etmiş və ötürülmüş müddətin bərpası haqqında vəsatət qaldırmamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-65/2024 saylı qərarından AR DİN BDYPİ tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-65/2024 saylı qərarından AR DİN BDYPİ tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-65/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-65/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver