Məhkəmə qərarları › İş №3(025)-65/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-65/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-65/2025 12.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Seyidqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Seyidqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında Protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 590.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2291652) tərtib olunmuşdur ki, o, müvafiq icra hakimiyyəti orqanınıdan xüsusi icazə almaqla istifadə etdiyi 1 ədəd, “Kral-arms” markalı, tək lülə, 12 kalibrli, qundaq, lülə və bala qundaq nömrəsi BR22-07760 nömrəli mülki ov tüfəngininin daşınması qaydasını pozmuşdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, Qəbələ rayonunun Seyidqışlaq kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə özünə məxsus “”Kralarms” markalı, 12 kalibrli, qundaq, lülə və bala qundaq nömrəsi BR22-07760 nömrəli mülki ov tüfəngini götürüb Qəbələ rayonunun Seyidqışlaq kəndində əvvəllər gözətçi işlədiyi “Adrenalin” adlanan ərazidə yerləşən obyektə tərəf gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Silahın icazə sənədi özündə olmadığından təqdim edə bilməmiş və silah polis əməkdaşları tərəfindən göğtürülmüşdür. Həmin ov tüfəngini çaqqal, it, ilan və tülkü kimi vəhşi heyvanlardan ev quşlarını qorumaq məqsədilə Bakı şəhərində yerləşən silah mağazasından 680,0 manata almışdır. İşdə olan AR DİN Baş ivtiami təhlükəsizlik idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 456 nömrəli şəhadətnamənin surətinə əsasən Şəxs 12 kalibrli, “Kral-arms” markalı, FXR-BR22-07760 nömrəli yivsiz lüləli ov silahını saxlamaq və təyinatı üzrə istifadə etmək icazəsi verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli akta əsasən Qəbələ rayonu, Seyidqışlaq kənd sakini Şəxs istifadəsində olan bir ədəd “Kral-arms” markalı, tək lülə, 12 kalibrli, qundaq, lülə və bala qundaq BR22-07760 olan mülki ov silahı polis əməkdaşları tərəfindən götürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xüsusi icazə almaqla istifadə etdiyi 1 ədəd, “Kral-arms” markalı, tək lülə, 12 kalibrli, qundaq, lülə və bala qundaq nömrəsi BR22-07760 nömrəli mülki ov tüfənginini ov yerlərindən kənarda özü ilə açıq vəziyyətdə gəzdirməklə AR İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “Kral-arms” markalı, tək lülə, 12 kalibrli, qundaq, lülə və bala qundaq BR22-07760 olan mülki ov tüfəngi Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar