Məhkəmə qərarları › İş №3(025)-654/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-654/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-654/2024 11.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, AR DİN Qəbələ RPŞ DYPB YPX inspektoru X5 və barəsində inzibati icraat aparılan şəxs X1 iştirkı ilə, AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarı ilə X2 xx.xx.2024-cü il tarixdə, saat 11-29-da idarə etdiyi “FORD FUSİON Minik” markalı ** MH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Qəbələ şəhəri, 28 May küçəsində əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində parkladığına görə AR İXM-nin 346-1.3-cü maddəsi ilə 60,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:29 radələrində idarə etdiyi “FORD FUSİON Minik” markalı ** MH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə X4 Qəbələ MRX-na gətirərək uzi, referans və tomoqrafiya müayinələrindən keçirtmişdir. 3-cü qrup əlil olduğuna görə avtomobili Qəbələ MRX-nin qarşısında əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində parklamış və qayda pozuntusuna yol vermədiyini bildirmək üçün əlillik vəsiqəsini şitin üzərində açıq yerdə saxlayaraq avtomobildən aralanmışdır. Həmin vaxt Qəbələ RPŞ DYPB YPX əməkdaşları tərəfindən avtomobildə xəstə olduğunun fərqinə varılmadan barəsində AR İXM-nin 346-1.3-cü maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarı ilə 60,0 manat cərimə edilmişdir. Barəsində olan inzibati xəta haqqında elektron protokol qanunsuz olduğundan AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarı ləğv edilməlidir. AR DİN Qəbələ RPŞ DYPB YPX inspektoru X5 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:29 radələrində “FORD FUSİON Minik” markalı ** MH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Qəbələ MRX-nın qarşısında əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində parklamış vəziyyətdə aşkar edilmiş və üzərində əlilliyi olan şəxsə məxsusluğunu bildirinən xüsusi emblem olmadığından sürücü X2 barəsində AR İXM-nin 346-1.3cü maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Ona görə də, AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarı qanuni hesab edilməlidir. İşdə olan 083795 nömrəli Vəsiqənin surətinə əsasən X2 xx.xx.2015-ci il tarixdən ümumi səbəbdən 3-cü qrup əlildir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemininxx.xx.2024-cü il tarixli məlumatına əsasən X2 2-ci qrup əlil kimi güzəştli əmək pensiyası alır. İşdə olan 595481nömrəli Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “FORD FUSİON Minik” markalı ** MH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. AR İXM-nin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 əlil olduğu üçün mülkiyyətçi hüququ ilə idarə etdiyi “FORD FUSİON Minik” markalı ** MH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini mülkiyyətçi hüququ ilə idarə etdiyi üçün nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 11-29 radələrində Qəbələ RMX-nın qarşısında əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində parklamağa görə inzibati məsuliyyət daşımır. Onun hərəkətləri AR İXM-nin 346-1.3-cü maddəsinin tərkib əlamətləri ilə əhatə olunmadığından barəsində İXM-nin müvafiq maddəsi ilə olan inzibati xəta haqqında elektron protokol qanunsuzdur. Ona görə də, X1 60,0 manat cərimə edilməsinə dair AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 60,0 manat cərimə edilməsinə dair AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24693121 nömrəli qərarı ləğv edilsin. X2 barəsində AR İXM-nin 346-1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar