Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-655/2024 02.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirkı ilə, xx.xx.1985-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Axundov küçəsi ev 42-də yaşayan Şəxs barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol ( İXP 6720272) tərtib edilmişdir ki, o, sərxoş halda idarə etdiyi “VAZ 2101Minik” markalı ** GR *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 11-30 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkan hərəkət etmə qaydasını pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi etdiyi “KİA SORENTO MİNİK” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə arxa tərəfdən toqquşaraq YNH törətmişdir. Baş vermiş YNH nəticəsində “KİA SORENTO MİNİK” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə 1035,0 manat məbləğində maddi zərər dəymişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində o, idarə etdiyi “VAZ 2101Minik” markalı ** GR *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olmuş və həmin vaxt atası üçün təcili surətdə dərman almaqdan ötrü aptekə tələsdiyi üçün hərəkət etmə qaydasını pozaraq qarşı tərəfdə hərəkətdə olan “KİA SORENTO MİNİK” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə arxa tərəfdən toqquşmuşdur. Baş vermiş YNH nəticəsində “KİA SORENTO MİNİK” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi zərərin sığorta tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində o, idarə etdiyi “KİA SORENTO MİNİK” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən arxa tərəfdən hərəkətdə olan “VAZ 2101 Minik” markalı ** GR *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. “VAZ 2101Minik” markalı ** GR *** dövlət nömrə nişanlı avtomobildə bir neçə nəfər sərnişin olmuş, sürücü isə avtomobildən düşərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra “VAZ 2101 Minik” markalı ** GR *** dövlət nömrə nişanlı avtomobilin Şəxs tərəfindən idarə olunduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 642546 nömrəli qəbzə əsasən saat 11:27-də Alkouisor aparatı ilə müayinə olunarkən Şəxs qanında alkoqolun miqdarı 4.177 pr/m təşkil etmişdir. İşdə olan “Servis 77” (VÖEN:**********) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ziyan aktının surətinə əsasən YNH zamanı zədələnmiş “KİA SORENTO MİNİK” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilləilkin baxış keçirilmiş və dəymiş zərər 1035,0 manat məbləğində müəyyən edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2022ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaların xarakterinə görə Şəxs barəsində İXM-nin 333.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 6720272) törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 ( on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 dekabr 2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-655/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-655/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver