Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-656/2024 13.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, AR DİN İsmayıllı RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN İsmayıllı RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə X2 xx.xx.2024-cü il tarixdə, saat 19-55-də xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “X4 Minik” markalı ** NP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə idarə etdiyinə görə AR İXM-nin 342.5-ci maddəsi ilə 60,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:55-də o, idarə etdiyi “X4 Minik” markalı ** NP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin arxa nömrəsini işıqlandıran lampalar işləmədiyinə görə İsmayıllı RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Onlara avtomobilin xarici işıq sistemində heç bir nazaslıq olmadığını, lampaların işləmədindən yola çıxdıqdan sonra xəbər tutduğunu və mümkün qədər qısa müddətdə dəyişdirməklə qüsuru aradan qaldıracağını bildirsə də barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ şəhərinə çatandan sonra ehtiyat hissələri satılan mağazadan hər biri 0,50 manat dəyərində iki ədəd lampa almış və avtomobilin işləməyən köhnə lampalarını özü açaraq yenisi ilə əvəz etmişdir. Barəsində olan inzibati xəta haqqında protokol qanunsuz olduğundan 50,0 manat cərimə olunması haqqında AR DİN İsmayıllı RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokolun surətinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 19-55-də X2 tərəfindən idarə olunan “X4 Minik” markalı ** NP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən arxa nömrəni işıqlandıran lampalar işləmədiyinə görə saxlanılmışdır. AR İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə, saat 19- 55-də İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan “X4 Minik” markalı ** NP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xarici işıq sistemində aşkar edilən nasazlığı işləməyən lampaları yenisi ilə əvəz etməklə aradan qaldırılmaq mümkün olduğundan X1 hərəkətləri AR İXM-nin 342.5ci maddəsinin tərkib əlamətləri ilə əhatə olunmur. Aşkar edilən nasazlığın aradan qaldırılmasının mümkün olub olmadığı məsələsinə aydınlıq gətirilmədiyindən X2 barəsində İXM-nin müvafiq maddəsi ilə olan inzibati xəta haqqında protokol qanunsuz olmuşdur. Ona görə də, həmin inzibati xətaya görə X1 50,0 manat cərimə edilməsinə dair AR DİN İsmayıllı RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 50,0 manat cərimə edilməsinə dair AR DİN İsmayıllı RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin. X2 barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş (İXP 6664012) üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-656/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-656/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver