Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-657/2023 14.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 22 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 36386.00 ABŞ dolları məbləğində vəsaiti 10 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36386.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarmamışdır. Xəta 11 avqust 2023cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixə, saat 12:45 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair İnzibati xəta haqqında işin baxılmasına üzürlü səbəbdən gələ bilmədikləri üçün xahiş edilrlər ki, onların iştirakları olmadan məhkəmə iclası keçirilsin. Şəxs MMC tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş ərizədə göstərilmişdir ki, "Teclınoline-K” MMC uzun müddətdir ki, respublikada istehsal fəaliyyəti ilə məşğuldur. 7 ildən çoxdur ki, Türkiyə Respublikasından ölkəyə xammal idxal edərək, böyük investisiyalar nəticəsində qurduqları istehsalat müəssisələrində yeni əmtəə istehsal edirlər. Konkret olaraq ölkəyə ilkin formalı “X4 Stiren” (SEBS) qranul məhsulu idxal edilir və həmin xammaldan istehsalatda istifadə olunur, Göründüyü kimi onlar İdxal etdikləri məhsulu birbaşa satış etmirlər, onu istehsal prosesinin tərkib hissəsi kimi istifadə edirlər və onun özündən, yəni qranullardan digər bir hazır məhsul, yəni *contaw istehsal edirlər. Ona görə də, illərdir ki, həmin malı ölkəyə idxal edərkən, haqlı olaraq gömrük orqanları yağlardan alınmış sintetik kauçuk olduğu üçün ********** kod adi altında sinifləşdirmiş və rəsmiləşdirmə aparmışdır. Lakin, 2021-ci ilin avqust ayından başlayaraq eyni məfısulun gömrük rəsmiləşdirilməsi zamanı problemlərlə qarşılaşmışdılar. Belə ki, Bakı Baş Gömrük idarəsində həmin xammalın nümunələri zərurət olmadan X1 idarəsinə göndərildi. Həmin idarə bir müddət onların idxal etdikləri xammala uyğun rəy verə bilmədi. Daha sonra uzun müzakirələrdən sonra İdxal etdikləri xammalın ********** kod adı altında deyil, ********* kod adı altında rəsmiləşdiriİməsi nə qərar yerildi. Onlar bu qərar İlə razı olmadıqda, idxal olunan məhsulun gömrük rəsmiləşdirilməsi zamanı əlavə problemlərlə qarşılaşmışdılar. Belə ki, müəssisənin İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə cərimələnməsinə dair protokol tərtib edildi. Həmin protokol tərəflərindən mübahisələndirilmiş və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)- 1441/2022 saylı qərarı İlə barələrində başladılan icraata xitam verilmişdir. Həmin qərarla müəyən olunmuşdur ki, Şəxs MMC tərəfindən ölkəyə ilkin formalı “X4 Stiren” (SEBS) qranul məhsulu idxal edilir və idxal edilən zaman İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin, tələbləri pozulmamışdır, yəni, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma halı baş verməmişdir. Halbuki, həmin mübahisə zamanı gömrük orqanı iddia edirdi ki. ölkəyə idxal edilən mallar əvvəllər olduğu kimi ********** kod adı ilə deyil, ********* kod adı ilə sinifləşdirilməlidir və müəssisələri tərəfindən həm 15 % dərəcəsi ilə idxal-gömrük rüsumu, həm də 18 % dərəcəsi, ilə X8 ödənilməlidir. Lakin, yuxarda da göstərildiyi kimi Bakı Apeilyasiya Məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş, yəni, onların İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi İlə nəzərdə tutulan əməli törətmədikləri müəyyən olunmuş, bir sözlə idxal olunan malın 18 % dərəcəsi ilə ƏDV ödənilməklə rəsmiləşdiriiməsinin qanuni olduğu öz təsdiqini tapmışdır. Beləliklə, həmin qərar üzrə müəyyən edilmişdir ki, tərəflərindən ölkəyə idxal, olunan məhsul ilkin formalı “X4. Stiren” (SEBS) qranul. xammalının ********** kod adı altında sinifləşdirilməsi qanunidir. Bakı Apeilyasiya Məhkəməsinin. xx.xx.2022-ci il tarixli qərarı qəti olmuşdur, ondan şikayət verilməsi nəzərdə tutulmamışdır. Lakin. Bakı Baş Gömrük idarəsi tərəfindən bu günə kimi 99JU907 10ZH907 nömrə nişanlı yük avtomaşınlarında 2101.6677 saylı, 26.08.202!-d il tarixli İnvoys sənədi, və gömrük bəyannaməsi ilə ölkəyə idxal edilən malın X5 əvəzləşdmtməsi tamamlanmamışdır. Belə ki. Bakı Baş Gömrük idarəsi tərəfindən Bakı Apeilyasiya Məhkəməsinin. xx.xx.2022-ci İİ tarixli, 3(103)-1.441/2022 saylı qərarı icra etmədiyinə görə, müəssisələri ƏDV-ni əvəzləşdirmək imkanından məhrum olmuşdur. Şəxs MMC İ 0.08.2021-cil ii tarxdə avans olaraq "X3 və Pazarlama A.S.” xx.xx.2018-ei il tarixli 16062018 nömrəli müqaviləyə əsasən 36386.00 USD ödənişi "xxxx" ASC bankdan icra etmişdi. Lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən bu günə kimi xx.xx.2021-ci il tarixdə ölkəyə daxil olunmuş X6 **********9461 nömrəli, BBGİ porrtalında arxivləşdirilmir, bu səbəbdən avans ödənişi "xxxx" ASC bank tərəfindən bağlanmayıb. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli, № 06/1 qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə edilmiş dəyişikliklərə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 (iki) il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 (iki) ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları 2 (iki) il ərzində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, sadəcə hər-hansı bir səbəbdən onların vaxtında banka təqdim edilməməsi İXM-nın 430.4-cümaddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən 36386.00 ABŞ dolları məbləğində vəsaiti 10 avqust 2021-ci il tarixdə xaricə köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, “X3 ve Pazarlama A.S” şirkəti tərəfindən mallar ölkəyə idxal olunmuş, müvafiq gömrük rəsmiləşdirilmələri ilə (**********9461 və **********3363 saylı gömrük bəyannamələri) göndərilmişdir. Lakin Şəxs MMC-nin **********9461 saylı YGB üzrə iş məhkəmədə olduğundan təqdim olunan YGB gömrük portalında açılmır. Belə ki, işdə olan "xxxx" ASC-nin 14 avqust 2023-cü il tarxli ZB 1541 nömrəli məktubundan görünür ki, 1. TECHNOLİNE-K MMC (VÖEN **********) – xx.xx.2021 – 36386 USD avans ödəmiş, **********9461 saylı YGB üzrə iş məhkəmədə olduğundan təqdim olunan YGB gömrük portalında açılmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 22 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-657/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-657/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver