Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-658/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon prokurorunun köməkçisi X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1965-ci ildə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsi, ev 36-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (06İXM/24 saylı inzibati xəta materialı) başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bibisi Zərərçəkmiş şəxs qəsdən döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsi, ev 36-da yaşayır və bacısı X9 ilə münasibətləri yaxşı deyil. xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində qardaşı Fəxrəddinin nəvələri, 9 yaşlı qızı Mələk və 7 yaşlı Yusif gələrək X9 ilə ataları Muradın küçədə dalaşmaları barədə məlumat vermiş və o, dərhal həmin yerə gedib Reyhan və Nəzakət adlı qonşuların Aygünü tutub öz həyətlərinə apardıqlarını görmüşdür. Lakin Aygün yenə də Muradın ünvanına nalayiq ifadələr işlətməkdə davam edir, Murad da öz növbəsində ona cavab verirdi. Zərərçəkmiş şəxs orda olsa da arvadı X5 qarşısını almağa cəhd etmədiyi üçün o, əsəbləşərək Elmanla mübahisə etmiş, lakin onu vurmamışdır. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsi, ev 34-da yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində həyət qapısı döyülmüş və X9 qapıya çıxmışdır. Bir qədər keçəndən sonra səsküy eşidərək küşəyə çıxmış və X1 Aygünlə mübahisə etdiyini və onu söyərək təpiklə sol çanaq nahiyəsindən vurduğunu görmüşdür. Muradı arvadı Vüsalə tutub saxlamış, səsküyə gələn qonşular, Fəxrəddin, Reyhan və Nəzakət onları ayırmışlar. Həmin vaxt Şəxs da gəlmiş və ona yaxınlaşaraq qəflətən sol və sağ baş nahiyəsindən yumruqla vuraraq onu yerə yıxmışdır. İş üzrə şahid X3 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, P.Həşimov küçəsi, ev 6-da yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində evdə olarkən səsküy eşidib küçəyə çıxaraq X1 X9 ilə mübahisə edərək biri birinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş və yaxınlaşan digər qonşularla birlikdə onları sakitləşdirmişlər. Həmin vaxt Şəxs hadisə yerinə gələrək Elmana tərəf getmişdir. O, çevrilib baxarkən Elmanın yerə yıxıldığını görmüş, lakin onu kimin vurduğunu görməmişdir. Bununla da münaqişə başa çatmış və hər kəs öz evinə getmişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 518 saylı ekspert rəyinə əsasən 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının arxa hissəsinin sıyrığı küt alətin (əşyaların) təsirindən törənmişdir. Həmin xəsarət xx.xx.2024-cü il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-658/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-658/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver