Məhkəmə qərarları › İş №3(025)-66/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-66/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-66/2025 04.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Duz zavodu yolu massiv 2, ev 3, mənzil 96-da qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2291662) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, günorta vaxtı Qəbələ şəhəri, A.Haqverdiyev küçəsində yerləşən yaşadıqları ünvanda azyaşlı övladı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, iki il bundan abaq boşanmış və himayəsində olan iki azyaşlı uşağı ilə birlikdə Qəbələ şəhəri, A.Haqverdiyev küçəsi 10-da yaşayır.. xx.xx.2025-ci il tarixdə günorta vaxtı həyətdə iş görərkən 8 yaşlı övladı Zərərçəkmiş şəxs kartla oynadığını görüb onu danlamış, lakin Musa ona qulaq asmayaraq itaətsizlik göstərmiş və o, əsəbləşərək uşağı həyətin qarşısına çıxarıb tənbeh etmək məqsədilə arxa nahiyyəsindən bir dəfə, bir dəfə də ayağından çubuqla vurmuşdur. Həmin vaxt qonşu Şahid avtomobilini saxlayıb onun həyətinə gəlmiş, “uşağı niyə döyürsən” deyərək onunla mübahisə etmiş və sinəsindən itələmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, Qəbələ rayon İH-nin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdfiəsi üzrə komissiyanın “Məsul katibi” vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı ünvanda öz uşaqlarına qarşı zorakılıq etməsi barədə daxil olmuş məlumata əsasən o, “Uşaq və X3”nin direktoru X2 və digər əməkdaşlarla ilə birlikdə həmin ünvana getmiş, Şəxs ilə profilaktik söhbətlər aparmış və ona uşağa qarşı zorakılığın qanuna zidd olduğunu izah etmişlər. İş üzrə Şahid izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri A.Haqverdiyev küçəsi 05-də Şəxs ilə qonşuluqda yaşayır. Şəxs boşandıqdan sonra həmin ünvanda çadırda iki azyaşlı uşağı ilə birlikdə yaşayır.xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində özünə məxsus avtomobili ilə yaşadığı ünvana gələrkən Məhəmmədin yaşadığı ünvanın qarşısında asfalt yolda kiçik övladını döyərək çubuqla uşağın müxtəlif yerlərinə zərbələr vurduğunu müşahidə etmiş, qayıdan vaxt içəridən uşağın ağlaması səslərini eşidib avtomobilini saxlayaraq həyətə girmiş və Məhəmməd yenə əlində tutduğu çubuqla azyaşlı övladlarını hədələdiyini görüb Məhəmmədin qolundan tutub saxlamışdır. Onunla profilaktiki söhbətlər aparmaq istərkən Məhəmməd onun qolundan tutub dartmış və yola tərəf itələyərək vurmağa cəhd etmişdir. Buna görə də, o, Məhəmmədin hər iki qolundan tutub saxlamış, onu əlləri ilə sıxaraq sakitləşdirməyə çalışmış və bu vəziyyətdə bir qədər saxladıqdan sonra onu buraxmışdır. Sonra həyətdən çıxıb avtomobilinə əyləşərək oradan uzaqlaşmış və 102 qaynar xəttinə zəng edərək bu barədə məlumat vermişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 27 və 28 saylı ekspert rəylərinə əsasən, Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. AR İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə, Qəbələ Şəhəri, A.Haqverdiyev küçəsində yerləşən yaşadıqları ünvanda Şəxs azyaşlı övladı Zərərçəkmiş şəxs döyməsi və ya sair zorakı hərəkətlərlə ona fiziki ağrı yetirməsi öz təsdiqini tapmamışdır. Ona görə də, görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar