Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-661/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2052786) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, axşam vaxtı Qəbələ şəhəri, 28 May küçəsi ev 4-də yerləşən evlərində aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam vaxtı Qəbələ şəhəri, 28 May küçəsi ev 4-də yerləşən evlərində atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və həmin vaxt dalaşaraq biri-birininə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. X2 onları ayırmaq istərkən əlindəki stula dəyərək xəsarət almışdır. Hadisədən az sonra peşman olub Zərərçəkmiş şəxs ilə barışmışlar. Ona görə də, inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam vaxtı Qəbələ şəhəri, 28 May küçəsi ev 4-də yerləşən evlərində Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və həmin vaxt dalaşaraq biri-birininə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. X1 onları ayırmaq istərkən təsir nəticəsində yerə yıxılmış və xəsarət almışdır. Hadisədən az sonra hər biri peşman olmuş və barışmışlar. İş üzrə şahid X1 göstərmişdir ki, o, 1989-cu ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və onların dörd övladı olmuşdur. Axır vaxtlarda Zərərçəkmiş şəxs ilə münasibətləri pisləşmişdir. xx.xx.2024-cü il tarixdə, axşam vaxtı Qəbələ şəhəri, 28 May küçəsi ev 4-də yerləşən evlərində Zərərçəkmiş şəxs ilə Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və dalaşma olmuşdur. Onları ayırmaq istərkən Zərərçəkmiş şəxs itələyərək onu yerə yıxılmışdır. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 565 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində başın sağ təpə nahiyyəsinin, sağ saidin ön aşağı 1/3-nin və sol budun bayır yuxarı 1/3-nin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri, xəsarətləri aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərərk hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-661/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-661/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver