Məhkəmə qərarları › İş №3(025)-663/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-663/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-663/2024 04.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X12 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1980-cı ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748949) tərtib olunmuşdur ki, o, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər bir uşaq üçün 93,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli 2(012)-1180/2013 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 4671,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər bir uşaq üçün 93,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli 2(012)- 1180/2013 saylı icra sənədi üzrə yaranmış 4671,0 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək cəmi 18.000,0 manat məbləğində aliment ödəmiş, lakin çətin maddi vəziyyətdə olması ilə əlaqədar natamam ödənişlər etdiyi üçün aliment borcu yaranmışdır. 2018-ci ildən etibarən alimenti hər dəfə artıq ödəməklə borcunu getdikcə azaltmışdır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2024-cü il tarixdə borcundan 500,0 manat ödəmişdir. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-1180/2013 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşaq üçün 93 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2013-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-1180/2013 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9084/2013 nömrəli arayışa əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-1180/2013 saylı icra sənədi üzrə borclu Şəxs X3 4671,0 manat aliment borcu var. İşdə olan 31671 nömrəli qəbzin surətinə əsasən xx.xx.2024-cü il tarixdə S*****S*****İ qızının 416973******4792 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 500,0 manat köçürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-1180/2013 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixədək cəmi 18.000,0 manat ödəyərək 4671,0 manat borclu qalmış və xx.xx.2024-cü il tarixədək həmin məbləğdən cəmi 500,0 manat ödəmişdir. Məcburi icra tədbirləri nəticəsində Şəxs başqa gəlirləri və tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-1180/2013 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748949) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar