Məhkəmə qərarları › İş №3(025)-664/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-664/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-664/2024 18.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs X4 və AR DİN Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ-nin polis kapitanı X1 iştirakı ilə, AR DİN AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarı ilə X4 xx.xx.2024-cü il tarixdə, saat 16:15 radələrində “Mercedes Benz” C200 minik” markalı ** HD *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Qəbələ şəhəri, H.Əliyev prospektində dayanma və ya durma qaydasına riayət etmədiyinə görə AR İXM-nin 346.4-cü maddəsi ilə 80 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X4 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:15 radələrində o, idarə etdiyi “Mercedes Benz” C200 minik” markalı 99HD 936 dövlət nömrə nişanlı avtomobili Qəbələ şəhəri, H.Əliyev prospektində parklamaq məqsədilə sürəti dayanma həddinədək azaltmış, lakin yer olmadığı üçün dayanmanı başa çatdırmayaraq sürüb getmişdir. Həmin vaxt ərazidə quraşdırılmış kamera vasitəsi ilə dayanma və ya durma qaydasını pozduğuna görə barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib edilsə də, qanunda (İXM-nin 122.1-ci maddəsində) nəzərdə tutulan bir gün müddətində Asan-pay elektron sistemdə yaradılan elektron kabinetdə yerləşdirilməmişdir. AR İXM-nin 38.6-cı maddəsinə əsasən müddətin keçməsi inzibati məsuliyyətdən azad etməyə səbəb olduğundan 80,0 manat məbləğində cərimə olunması haqqında AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarı ləğv edilməlidir. AR DİN Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ-nin polis kapitanı X5 göstərmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 16:15 radələrində idarə etdiyi “Mercedes Benz” C200 minik” markalı 99HD 936 dövlət nömrə nömrə nişanlı avtomobili Qəbələ şəhəri, H.Əliyev prospektində dayanma üçün nəzərdə tutulan yerdə yox, zolaqdan kənarda saxlayaraq dayanma və ya durma qaydasını pozmuşdur. Pozuntu ərazidə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış və barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib edilərək inzibati qaydada tənbeh edilmişdir. X2 80,0 manat məbləğində cərimə olunması haqqında AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılan Asan kabinetdə Asan SMS vasitəsilə yerləşdirilmişdir. Ona görə də, şikayət əsassız hesab edilməlidir. İşdə olan AR DİN BDYPİ-nin elektron informasiya sisteminin xx.xx.2024-cü il tarixli məlumatına əsasən AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə Asan elektron kabinetdə Asan SMS vasitəsilə yerləşdirilmişdir. AR İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə AR DİN BDYPİ-nin elektron informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılan Asan elektron kabinetdə yerləşdirilmişdir. Ona görə də, səlahiyyətli orqan X3 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24583480 nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar