Məhkəmə qərarları › İş №3(025)-666/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-666/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-666/2023 18.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxxxxxx 1986-cıildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nohurqışlaq kəndindəqeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 29 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxsbarəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs1(bir) ədəd 5 atılan “Kırıcı-Arms” markalı, 12 kalibrli, tək lülə, istehsal ili bilinməyən, lülə, qundaq, bala qundaq nömrəsi 22RT-0016 olan mülki ov silahı və ona məxsus 4 ədəd patronu müvafiq icra hakimiyyəti orqanından icazə almadan saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 29 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, Şəxs 1 (bir) ədəd 5 atılan “Kırıcı-Arms” markalı, 12 kalibrli, tək lülə, istehsal ili bilinməyən, lülə, qundaq, bala qundaq nömrəsi 22RT-0016 olan mülki ov silahı və ona məxsus 4 ədəd patronu müvafiq icra hakimiyyəti orqanından icazə almadan saxlamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023- cü il tarixdə səhər saat 07.30 radələrində həmkəndliləri X4, X6, X5, X7 ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsinə dağlıq əraziyə ov etmək məqsədilə getmişlər. Ovda olduqları müddətdə heç bir heyvan ovlaya bilməmişlər. Ovdan qayıdan zaman təxminən 17:11 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən “Bağban” restoranının yaxınlığında dağa gedən yolda polis əməkdaşları onları saxlamışlar. Onun əlində olan özünə məxsus 1(bir) ədəd 5 atılan “Kırıcı-Arms” markalı, 12 kalibrli, tək lülə, istehsal ili bilinməyən, lülə, qundaq, bala qundaq nömrəsi 22RT-0016 olan mülki ov silahı və ona məxsus 4 ədəd patronu olan mülki ov silahını ona borcu olan şəxs Türkiyə Respublikasından borcunun qarşılığı olaraq gətirmişdir. Həmin mülki ov silahını rəsmiləşdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət etmiş, həmin silaha dair sənəd versələr də, sənəddə silahın nömrəsi səhv yazılmışdır. Belə olub, silaha dair sənəddə nömrənin düzəldilməsini xahiş etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman isə əlində silaha hər hansı sənəd olmamışdır. Bu yaxınlarda ona silahına görə sənəd veriləcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 29 noyabr 2023-cü il tarixliinzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli “mülki ov silahının götürülməsi” barədə aktdan görünür ki, Şəxs 1(bir) ədəd 5 atılan “Kırıcı-Arms” markalı, 12 kalibrli, tək lülə, istehsal ili bilinməyən, lülə, qundaq, bala qundaq nömrəsi 22RT-0016 olan mülki ov silahı və ona məxsus 4 ədəd patron götürülmüş və növbətçi hissəyə verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi və patronlar müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd 5 atılan “Kırıcı-Arms” markalı, 12 kalibrli, tək lülə, istehsal ili bilinməyən, lülə, qundaq, bala qundaq nömrəsi 22RT-0016 olan mülki ov silahı və ona məxsus 4 ədəd patron müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar