Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-668/2024 19.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxsbarəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxsbarəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs fərdi yaşayış evində saxladığı qundaq, bala qundaq, lülə nömrəsi 78420 olan mülki ov silahını qanunsuz olaraq özündə saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 05 dekabr 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs fərdi yaşayış evində saxladığı qundaq, bala qundaq, lülə nömrəsi 78420 olan mülki ov silahını qanunsuz olaraq özündə saxlamışdır. Məlum olmuşdur ki, Şəxs aşkarlanan silahlardan birinin sənədi olsa da, digərinin sənədi yoxdur. Həmin fakt üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İlkin araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmkəndlisi X2 zəng edərək kənddə yerləşən əkin sahəsinə dovşan ovuna getmək istədiyini, onun da gedib ətraf əraziləri əl fanarı ilə işıqlandırmalı olduğunu bildirmişdir. O, buna etiraz etməmişdir. Onlar təxmini 20:30 radələrində ona məxsus iki ədəd mülki ov tüfəngini və 6 ədəd patron götürüb sözügedən əraziyə getmişlər. Orada təxmini 2-3 saat müddətində sahəlik ərazini gəzsələr də, ov əldə edə bilməmişlər. Təxmini 24:00 radələrində ov edə bilməyib yaşadıqları ünvana qayıdan zaman əkin sahəsindən meşənin kənarına doğru hərəkət edirmişlər. Bu zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmış və özlərini təqdim edərək gecə vaxtı ov tüfəngləri ilə haradan gəldiklərini soruşmuşlar. Onlara bildirmişlər ki, ov etmək məqsədilə əkin sahəsinə gəlmişlər, ancaq heç bir heyvan ovlaya bilməmişlər. Onlar mülki ov silahlarının kimə məxsus olmasını, müvafiq sənədlərinin olub-olmadığını, eləcə də ov üçün icazələrinin olmasını soruşmuşlar. Polis əməkdaşları onları saxlayan zaman onlara təqdim etdiyikləri mülki ov silahları ona məxsusdur. Onlardan birinin sənədi var, digərinin isə sənədi yoxdur, ona atasından yadigar qalmışdır. Məhkəmənin vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 05 dekabr 2024-cü il tarixliinzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 05dekabr 2024-cü il tarixli “mülki ov silahının götürülməsi və Növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs “Bum” markalı, cüt lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 40509-63 və markasız, tək lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 78420 olan mülki ov silahı, eləcə də 5 (beş) ədəd patron, 01 ədəd YL-Laser 303 markalı lazer fənəro, 01 ədəd əl fənəri götürülmüş və növbətçi hissəyə verilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis mayoru X3 rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasova ünvanladığı 05 dekabr 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatına Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Səxavət Qafarovun raportu daxil olmuşdur. Raportda Qəbələ rayonu Əmirvan kənd sakini Şəxs aşkar edilərək götürülmüş 01 ədəd "Xarici" markalı, cüt lüləli, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 40509-63 olan və 01 ədəd markası göstərilməyən, tək lüləli, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 78420 olan yivsiz lüləli mülki ov silahlarının Qəbələ RPŞ-də qeydiyyatda olub-olmadığının müəyyən edilməsinin vacibliyi göstərilmişdir. Raportun icrası ilə əlaqədar Qəbələ RPŞ-nin "Odlu silahın uçot və qeydiyyatı" kitabına baxış keçirilmiş, eyni zamanda DİN-in mülki ov silahlarına dair mərkəzi qeydiyyat sistemi vasitəsilə göstərilən yivsiz ov silahları tərəfindən yoxlanılmışdır. Raportda göstərilən 01 ədəd "Xarici" markalı, cüt lüləli, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 40509-63 olan yivsiz mülki ov silahının Qəbələ rayonu Əmirvan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs adına Bakı şəhəri Nizami RPİ-də xx.xx.2008-ci il tarixdə qeydə alındığı və ona həmin tarixdə V-18 saylı icazə şəhadətnaməsi verildiyi müəyyən edilmişdir. Şəxs aşkar edilmiş 01 ədəd markası göstərilməyən, tək lüləli, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 78420 olan yivsiz lüləli mülki ov silahının hər hansı bir şəxsin adına Qəbələ RPŞ-nin "Odlu silahın uçot və qeydiyyatı" kitabında, həmçinin DİN-in mülki ov silahlarına dair mərkəzi qeydiyyat sistemində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 01 (bir) ədəd markasız, tək lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 78420 olan mülki ov silahı və 5 (beş) ədəd patronmüsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. 01 (bir) ədəd markasız, tək lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 78420 olan mülki ov silahı və 5 (beş) ədəd patron müsadirə edilərək Azərbaycan Respublikası DİNnin MTTBİ-nin Mərkəzi Bazasına (anbarına) təhvil verilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-668/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-668/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver