Məhkəmə qərarları › İş №3(025)-669/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-669/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-669/2023 18.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Səxavət Qafarovun və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd, tək lülə, “İJ” markalı x-26152 nömrəli mülki ov silahı əldə edərək saxlanılmışdır. Şəxs həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında bildirmişdir ki, məlumat əsasında İTB-nin sahə polis nəfəri, polis baş serjantı Fəxrəddin Rasimli ilə birlikdə dərhal həmin əraziyə getmişdilər. Bir qədər sonra həmin ərazidə 5 nəfər şəxsin çiyinlərində mülki ov tüfəngi ilə olmalarını görmüşdülər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan həmin ərazidə hansı məqsədlə olmalarını soruşmuş və gəzdirdikləri silahlara dair müvafiq sənədləri təqdim etmələrini xahiş etmişdilər. Lakin həmin şəxslər bütün zəruri sənədləri təqdim etməmişdilər. Buna görə də araşdırma zərurəti yarandığı üçün adları onlara sonradan məlum olan Şəxs, X1, X5, X3 və X6, onlarda olan 5 ədəd mülki ov tüfəngi və həmin tüfənglərə aid sursatlar tərəflərindən rayon polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, həmkəndliləri ilə birlikdə razılaşmışdılar ki, Vəndam ərazisində ova getsinlər. O, və X13, X1, X4, X5 ilə aralarında razılşmışdılar ki, Vəndam ərazisində ova getsinlər. Onlar bu gün səhərə 07:30 radələrində kəndə görüşüb birlikdə dağ tərəfə ov etmək üçün getmişdilər. Onlar hamısı ora ov etmək msqsədilə getmişdilər. Onların ov etmək üçün getdikləri yerə 1 saata çatmışdılar. Həmin ərazidə ətrafı gəzmişdilər və heç bir ov etməmişdilər. Həmin vaxt ərzində heç birisi özlərinə məxsus ov silahından heç bir atəş açmamışdılar. Onlar hər birisi bir yerdə hərəkət edirdilər. Heç birisi ayr-ayrı yerlərə getməmişdilər. Bir yerdə gəzmişdilər. Ona məxsus mülki ov silahı babası Yaralıyev Hüseyindən ona yadigar qalıb, həmin ov silahı 12 kalibirli tək lülə nömrəsi X- 28152 nömrəli silahın ona aid heç bir sənədi yoxdur. Ona məxsus ov silahı sənədsizdi heç bir sənədi yoxdur. Onun üzərində cəmi 2 ədəd patron olub onlardan heç istifadə etməmişdir. O həmin ərazidə heç bir özünə məxsus ov siiahi ilə atəş açmamışdır. Onun ova gedən kəndçiləri hərəkət vaxtı heç birisi atəş açmamışdılar. Silahına heç bir patron qoymamış sadəcə olaraq silahı hazır vəziyyətdi idi. Onlar orada 08:30 radələrinədek olmuşdular. Orada olduqları müddətdə nə qədər axtarsalarda ovlanılacak heyvan tapmamışdılar. O silahı üzərində olan vaxt polis əməkdaşları onları aşkarlamışdılar. Polis əməkdaşları onlara özlərini təqdim edərək, araşdırma aparılması məqsədilə onları polis şöbəsinə dəvət etmişdilər, onlar etiraz etmədən onlarla şöbəyə gəlmişdilər. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd, tək lülə “İJ” markalı, x-26152 nömrəli mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar