Məhkəmə qərarları › İş №3(025)-669/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-669/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-669/2024 28.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova ləman Kamran qızının katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli EP № 0190562) tərtib edilmişdir ki, o, 2948400.00 Rus rublu məbləğində vəsaiti Bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 1284595.20 Rubl vəsait hesabına alınan mallar (xidmətlə) ölkəyə idxal edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli KB-253/2-174/2024 saylı məlumatda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən malların və xidmətlərin ödənişləri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi halları üzrə xx.xx.2022-ci il tarixdə Şəxs MMC (VÖEN: **********) "xxxx" ASC vasitəsilə qabaqcadan 1284595.20 Rubl ödəniş həyata keçirmiş və 2 il müddət keçdikdən sonra, 2948400.00 Rubl vəsait hesabına alınan mallar ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərə dair sənədləri banka təqdim etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 617 saylı müqavilənin surətinə əsasən RF, Nijeqorodskaya bölgəsi, Balaxninskiy rayonu, Administrativnaya küçəsi, ev 27, ofis 26-da qeydə alınmış "xxxx" MMC cəmi 20.000000,0 Rubl dəyərində malı ( şüşə butulka) tədarük etməyi, AR Qəbələ şəhəri, E.Kərimov 34-də qeydə alınmış Şəxs MMC isə həmin malı qəbul etməyi və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, 755 nömrəli Köçürmə ərizəsinin surətinə əsasən cəmi 2948400.00 Rubl dəyərində malın alınmasından ötrü Şəxs MMC-nin "xxxx" ASC hesabından "xxxx" MMC-nin “NDB BANK” hesabına 2948400.00 Rusiya rublu köçürülməsinə sərəncam verilmişdir. İşdə olan "xxxx" BANK ASC tərəfindən verilmiş 20.122.2024-cü il tarixli 19802 saylı məlumatda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən təqdim edilmiş xarici ödəniş tapşırığı köçürmə sənədinə əsasən "xxxx" BANK ASC-nin Sahil filialında açılan hesabından 2948400,0 Rubl vəsait “AO Balaxninskoe steklo” şirkətinə köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına 1474200,00 Rubl vəsait daxil olmuş və təqdim edilmiş SWİFT-ə əsasən 1284595,20 Rubl gömrük portalına işlənərək qeydə alınmışdır. (Əməliyyat tarixi: xx.xx.2024; Əməliyyatı aparan bank: "xxxx" BANK ASC ; xx.xx.2022-ci il tarixli 617 saylı müqavilə; Ödəniş tarixi: xx.xx.2024; Daxil olan məbləğ: 1284595,2 Rubl; Vəsaiti göndərən: “AO Balaxninskoe steklo”); xx.xx.2024-cü il tarixdə "xxxx" ASC hesabına daxil olmuş ******* Rubl vəsait SWİFT-ə əsasən bağlanmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli 617 nömrəli müqavilə çərçivəsində RF-də fəaliyyət göstərən "xxxx" MMC-yə Şəxs MMC (VÖEN: **********) tərəfindən qabaqcadan ödənilmiş 2948400.00 Rus rublu məbləğində vəsait hesabına 1.663.804,80 Rus rublu dəyərində şüşə butulkalar idxal edilmiş, qalan 1284595.20 Rus rublu məbləğində vəsait isə geri qaytarılmışdır. AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmədiyindən Şəxs MMC (VÖEN: **********) barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 115, 117 və 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar