Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-671/2024 17.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1994-cu ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol (xx.xx.2024-cü il tarixli MN 1748953)l tərtib olunmuşdur ki, o, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-522/2024 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 14132 manat, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-779/2024 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə 3302.5 manat əsas borc, 906.5 manat faiz borcu, 165 manat penya, 100 manat vəkil xərci və 93.29 manat dövlət rüsumu və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 saylı icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə 1694,04 manat borc və 38,27 manat dövlət rüsumu ödəməsi barədə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən yerinə yetirməmişdir. Şəxs göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-522/2024 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 14132 manat, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-779/2024 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə 3302.5 manat əsas borc, 906.5 manat faiz borcu, 165 manat penya, 100 manat vəkil xərci və 93.29 manat dövlət rüsumu və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 saylı icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə 1694,04 manat borc və 38,27 manat dövlət rüsumu ödəməsi barədə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə yerinə yetirməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, Bakı şəhərində fərdi qaydada ticarətlə məşğul olmuş və “COVİD-19” epidemiyası ilə əlaqədar karantin müddətində fəaliyyət göstərə bilmədiyi üçün müflisləşərək borclarını ödəyə bilməmişdir. Kreditorlara borcunu malla əvəzləşdirməyi təklif etmiş, lakin onlarla razılaşa bilməmişdir. Halhazırda Bakı şəhəri, Ət kombinatı ərazisində fəaliyyət göstərən mebel sexində fəhlə işləyir və ayda 1000-1500 manat qazanır. Ona görə də, barəsində olan icra sənədləri üzrə tələbin hiss-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 saylı icra sənədi üzrə cəmiyyətin xeyrinə 1694,04 borc və 38,27 manat dövlət rüsumunun ödənilməsi borclu Şəxs tərəfindən indiyədək təmin edilməmişdir. Ondan tələbin tam şəkildə birdəfəlik ödəməsi tələb olunur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-522/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 14.000 (on dörd min) manat məbləğində borc və 132 (bir yüz otuz iki) manat dövlət rüsumu olmaqla, ümumilikdə 14.132 (on dörd min bir yüz otuz iki) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-779/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3302,5 manat əsas borc, 906,5 manat faiz borcu, 165 manat penya, 100 manat vəkil xərci və 93.29 manat dövlət rüsumu tutlaraq iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1694,04 manat borc və 38,27 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-522/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-779/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e231638/2024-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-522/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e244366/2024-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-779/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e334305/2024-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 231638/2024-11-6- 004 saylı məlumata əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-522/2024 saylı və xx.xx.2024-cü il tarixli 2(025)-1287/2024 saylı icra sənədi və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-779/2024 saylı icra sənədi üzrə borclu Şəxs heç bir ödəniş etməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-671/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-671/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver