Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-673/2023 05.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 05 dekabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda göstərilir ki, İsayev X5 rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs işə düzəldəcəyini deyərək 250 (iki yüz əlli) manat pulunu aldadaraq mənimsəmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 05 dekabr 2023-cü il tarixli həmin protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, İsayev X5 rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs işə düzəldəcəyini deyərək 250 (iki yüz əlli) manat pulunu aldadaraq mənimsəmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, halhazırda Zığ gəmi təmiri zavodunda çilingər kimi işləyir. Təxminən 5-6 ay bundan əvvəl Şuşa şəhərində Qəbələ rayon Vəndam qəsəbə sakini Azər İzzət oğlu ilə birlikdə təmizləyici kimi işləyirdilər. Həmin vaxtdan Azərlə münasibətləri yaranmışdır. Ona gəmi təmiri zavodundan işləməyi barədə məlumat vermişdir. Onlar Şuşa şəhərindən qayıtdıqdan bir müddət sonra Azər Əhmədxanov əmisi oğlu Zərərçəkmiş şəxs aşbazlıq oxuduğunu və iş axtardığını bildirərək ona işə düzəltməyinə köməklik etməyini istəmişdir. Azər Əhmədxanova bildirmişdir ki, əmisi oğlu Zərərçəkmiş şəxs Texmarin firmasında (Gəmi təmiri zavodunda) işə düzəldəcəyini bildirmişdir. Bir müddət sonra o Azərə zəng edərək əmisi oğlunu işə düzəltməyi üçün 250 (iki yüz əlli) manat pul ödəməkləri olduğunu bildirmişdir. Həmin pulu rüsum olduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq işə düzəlmək üçün rüsum ödədiklərini bildirdilər. O Zərərçəkmiş şəxs pulu ödəməsi üçün istifadəsində olan banka məxsus **********667367 nömrəli kart hesabına pulu göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs həmin vaxt kart hesabına 200 manat pul göndərmiş və bir gün sonra isə 50 manat yenidən pul göndərmişdilər. Ümumilikdə 250 manat pulu aldadaraq Zərərçəkmiş şəxs almışdır. Bundan Azər və əmisi oğlu Ceyhun ona zəng edərək ödədikləri pulu geri istəmişdilər. O isə hər dəfə müxtəlif bəhanələr edərək onları aldadaraq pulu geri qaytarmamışdır.Sonda isə zərərçəkmiş şəxsə 250 manat pulu ödəmişdir. Törətdiyi əməldən çox peşimandır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, X4 onun əmisi oğludur. Həmin şəxs ona iş axtarırdı və ona Neftaçala rayonunda tanıdığı iş yoldaşının olduğunu, həmin şəxsin özünü Kamal kimi təqdim etdiyini bildirmişdir. Onu gəmidə işçi kimi düzəltmək istədiyini qeyd etmişdir. Daha sonra ona Kamal adlı şəxsin telefon nömrəsini vermiş və o Kamal adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Kamal adlı şəxs onu gəmidə işə düzəldə biləcəyini bildirmiş və əvvəlcə onu işə düzəltmək müqabilində 600 manat pul istəmişdir. O ona imkanının zəif olduğunu bildirmiş, həmin məbləği 200 manata salmışdır. Sonuncu daha sonra 50 manat da sənədlərin hazırlanması üçün pul istədiyini bildirmişdir. O xx.xx.2023-cü il tarixdə sonuncunun ona göndərdiyi kart hesabına 200 manat pulu Qəbələ rayon Vəndam qəsəbəsində Al marketdə Million ödəmə terminalı vasitəsilə göndərmişdir. Bundan təxminən bir neçə gün sonra isə həmin şəxs ona sənədlərin tam hazırlanması üçün yenə pul istədi və mən ona sənədlərin hazırlanması üçün onun dediyi 50 manat pulu atasına məxsus olan mobil telefonla onun ona göndərdiyi kart hesabına pul göndərmişdir. Həmin şəxslə telefon əlaqəsi saxlasa da sonuncu ona müxtəlif bəhanələr etmiş, ona kömək edəcəyini bildirmiş, lakin, hələ də onu işə düzəltməyib 250 pulunu ələ keçirmişdir. Hal-hazırda Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 05 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Ceyhun oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-673/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-673/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver