Məhkəmə qərarları › İş №3(025)-674/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-674/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-674/2023 18.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, şikayətçi X10 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 20 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından X8 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində inzibati tənbeh vermə haqqında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 20 noyabr 2023-cü il tarixli, MN № ******* qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli, ******* nömrəli qərarı ilə, o, yəni sahibkar (VÖEN **********) X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən barəsində 3500 (üç min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. O həmin qərarla razı deyil və hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərarın çıxarılmasına əsas kimi X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə Qəbələ rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-5/1-34002/2023 saylı qeydiyyatla X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli, 31/31389/2-35307 saylı məktubu X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində araşdırıldıqdan sonra tərtib edilmiş xx.xx.2023- cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X16 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokola etiraz olaraq imzalamaqdan imtina olunmuşdur. Ona görə ki, həmin protokolda sahibkar kimi o X10 tərəfindən Qəbələ şəhərində yerləşən çay evində X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Belə ki, Vəliyəddin Zülfüqarov ilə onun arasında əmək müqaviləsi mövcud olmuş və həmin müqavilə elektron sistemə xx.xx.2023-cü il tarixində əlavə olunmuşdır. Qeyd etmək istəyir ki, X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin tərtib etdikləri protokol həqiqəti əks etdirmir, işçi X5 ilə əmək müqaviləsi bağlanılmış, müqavilə şərtləri, əmək haqqısı, işin mahiyyəti izah olunmuşdur. Hesab edir ki, əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində çıxarılmış X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli, ******* nömrəli qərarı əsassız və qanunsuzdur. Bu səbəbdən də ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X10 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X4 ona məxsus çay evində X2 19 oktyabr 2023-cü il tarixədəkəmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. X3 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan halla bağlı xx.xx.2023-cü il tarixdə M№ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi X16 tərəfindən MN № ******* nömrəli 20 noyabr 2023-cü il tarixli qərar qəbul edilmiş və X10 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Sonda isə məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 ona məxsus çay evində X1 xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətləri yerinə yetirilməsinə cəlb edilmişdir. X3 tərəfindən İXM-in 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi X16 X4 barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixdə M№ ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X8 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, X4 ona məxsus çay evində X1 xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətləri yerinə yetirilməsi üçün cəlb etdiyinə görə Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Odur ki, X8 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 20 noyabr 2023-cü il tarixli, MN № ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş 20 noyabr 2023-cü il tarixli, MN № ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar