Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-674/2024 18.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenanatı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndi, M.Abduyev küçəsi, ev 32, mənzil 16-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2052911) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Qəbələ rayonu, Zarağan kəndində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında sərxoş vəziyyətdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Zarağan kəndi, M.Abduyev küçəsi, ev 32, mənzil 16-da yaşayır və fərdi qaydada Soyuq bulaq kafesində ofisiant işləyərək qazanc əldə edir. Himayəsində iki nəfər azyaşlı uşağı vardır və ailənin yeganə qazanc gətirən şəxsidir. xx.xx.2024-cü il tarixdə maddi vəziyyəti ağır olduğuna görə əsəbi olduğu üçün yaşadıqları evdə anası X1 ilə münaqişə etmişdir. X1 102 xidmətinə zəng edərək şikayət etmiş və az sonra qaldıqlaqrı ünvana polis əməkdaşları gəlmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün hərəkətlərini bilməmiş və polis əməkdaşları ilə kobud rəftar edərək nalayiq ifadətmişdir. Ayıldıqdan sonra hərəkətlərindən peşman olmuş və polis əməkdaşından üzr istəmişdir. İş üzrə şahid X1 göstərmişdir ki, o, oğlu Şəxs ilə birlikdə Qəbələ rayonu Zarağan kəndi, M.Abduyev küçəsi, ev 32, mənzil 16-da yaşayır. Şəxs Soyuq bulaq kafesində ofisiant işləyir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. xx.xx.2024-cü il tarixdə Elçin evə sərxoş halda gəlmiş və səbəbsiz yerə onunla münaqişə etdiyi üçün o, 102 xidmətinə zəng edərək şikayət etmişdir. Az sonra qaldıqlaqrı ünvana polis əməkdaşları gəlmiş, lakin Elçin onların gəlişinə etiraz etmiş və polis şöbəsinə getmək istəməyərək yaşadıqları binanın qarşısında polis əməkdaşları ilə kobud rəftar edərək nalayiq ifadətmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 382 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs saat 00-12-də sərxoşluq (0.580 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 383 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs saat 13-05-də sərxoşluq aşkar edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 022627 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-674/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-674/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver