Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-675/2023 06.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1989-cu il avqustun 10-da İsmayıllı rayonu Mücühəftəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 dekabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Qanuni nümayəndə onun eltisidir. Zərərçəkmiş şəxs isə eltisinin oğludur. Onlar ilə aralarında münaqişlər olduğu üçün küsülü olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində öz qapılarının qarşısında baldızı Sədayə Məmmədova ilə dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onların qapısından keçmiş və yol ilə getmişdir. Sədayə ona " bax Arifin oğlu Əlidir" demişdir. O, Əlinin onlar tərəfə əvvəllər gəlmədiyi üçün onun hansısa məqsəd ilə gəldiyini düşünüb onun arxası ilə baxmış, bu zaman Əli əlində ağ rəngli kağızı onların daş hasarın içərisinə qoymaq istədiyini görmüşdür. O, Əlinin yanına getmiş, qəfildən onun əlindən tutub dartaraq kağızı almaq istəmişdir. Həmin vaxt Əli onun əlindən dartınıb çıxaraq kənara getmiş, ona qarşı nalayiq söyüşlər işlətdmiş, lakin O Zərərçəkmiş şəxs əlində olan kağızı ala bilməmişdir. O, Əlinin onlara qarşı cadu qoyduğunu düşünmüş, sonra öz həyət qapılarına qayıtmışdır. Bu zaman Sədayə ondan nə olduğunu soruşmuş, o isə Əlinin onların daş hasarına əlində kağız ilə cadu qoyduğunu bildirmişdir. O, əlinin sacını yolmamış, sadəcə olaraq Əlinin əlndə olan kağızı almaq istəmişdir. Əlinin üzərinə hücum etmədiyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi – anası Qanuni nümayəndə iştirakı ilə izahat verən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ şəhərində ana və atası ilə birlikdə yaşayır. Şəxs onun əmisi arvadı, Tahir Məmmədov isə onun əmisidir. Onlar ilə aralarında əvvəllərdə münaqişlər olmuş, buna görə 4 ildir ki onlar ilə danışmırlar. xx.xx.2023-cü il tarixdə saat 13 radlərində evdən çıxıb tanış ilə görüşmək üçün getmiş, yolda ayaqqabısının bağı açıldığı üçün yerdə daş saharın kənarında oturub ayaqqabının bağını bağlamış, bu zaman Səkinə onu görüb heç bir səbəb olmadan onun və ailəsinin ünvanına nalayiq söyüşlər işlətməyə başlamış, ona "sən bizim daş hasara nə isə qoyub cadu edirsən" demişdir. Sonra isə üzərinə hücum etmiş, onun saçını tutub yolmuşdur. Əli ilə bədəninə zərbə vurmuş, həmin vaxt əmisi Tahirdə onların yanına gəlmiş, onun ayaq nahiyyəsinə ayağı ilə zərbə vurmuşdur. Bu zaman bibisi Səkinədə onların yanına gəlmiş, onun köynəyindən tutub dartaraq çırmaq istəmişdir. Lakin həmin vaxt onların əlindən çıxıb qaçmış, bu barədə zəng edərək anasına məlumat vermiş, anası da polis zəng edərək məlumat vermiş, sonra onlar Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişlər. Səkinə və digərləri onu döyən zaman onların yanında başqa heç kim olmamış, sonradan qardaşı gəlmiş, lakin o davaya şahid olmamışdır. Ondan şikayətçidir və qanunamavafiq olaraq cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 13 radələrində öz qapısının qarşısında yolda dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onların qapısının yanından keçmiş, yol ilə istiqamət almışdır. O qardaşı arvadı X3 demiş, Əlinin hara getməsinə baxmış, bir qədər sonra səs küy gəldiyini eşitmişdir. Baxan zaman təxminən 50 metr aralıda Səkinə Əlinin əlindən nə isə almaq istəmiş, o nə olduğunu soruşanda Səkinə Əlinin onlara daş hasara əlinə nə isə qoymaq istəyidini, duva cadu etmək istədiyini bildirmişdir. Səkinə Əlinin əlində olan əşyanı ala bilməmiş, Əli isə ordan getmişdir. Səkinə Əlinin üzərinə hücum etməmişdir. Tahir Məmmədov isə həmin vaxt evdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 636 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ saidin ön orta 1/3-nin və sağ dizin ön səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər və sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Sağ dizin ön səthinin sıyrığı müayinədən, yəni 20 noyabr 2023-cü ildən bir gün əvvəl, sağ saidin ön orta 1/3-nin sıyrığı isə müayinədən üç-dörd gün əvvəl törənməsinə uyğun gəlir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1747 nömrəli materia üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adı uşaqları vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcədə tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-675/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-675/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver