Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-675/2025 03.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis kapitanı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan Şəxs barəsində AR İXM-nin 339.1 və 334.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7673735) tərtib edilmişdir ki, o, “Motosiklet KE” markalı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Vəndam-Seyidqışlaq-Məmmədağalı yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayonu, Seyidqışlaq kəndi ərazisindən keçən hissəsində Məmmədağalı kəndi istiqamətində sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etmiş və saatda 60 kmdən artıq sürətlə hərəkət edərək yol kənarındakı çəpərə dəyərək maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, İsmayıllı rayonu Çəmənli kəndində yaşayır və nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində özünə məxsus olan “Motosiklet KE” markalı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini idarə edərək arvadı X1 ilə birlikdə Vəndam-Seyidqışlaq-Məmmədağalı yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayonu, Seyidqışlaq kəndi ərazisindən keçən hissəsində Məmmədağalı kəndi istiqamətində hərəkətdə olmuş və yüksək sürətlə getdiyi üçün yola çıxan heyvanlardan yayınmaq üçün manevr edərkən idarəetməni itirib yol kənarındakı dəmir çəpərə dəyib aşmışdır. Hadisə nəticəsində özü xəsarət almış, motosiklet isə zədələnərək yararsız vəziyyətə düşmüşdür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 339.1 və 334.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, yer və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.9-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs barəsində AR İXM-nin 339.1 və 334.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında protokolda (İXP 7673735) xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Vəndam- Seyidqışlaq-Məmmədağalı yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayonu, Seyidqışlaq kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yetirilən maddi zərərin nədən ibarət olduğu və məbləği barədə məlumatlar göstərilməmiş və bu hallara dəlalət edən sübutlar əlavə edilməmişdir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda aşkar edilmiş inzibati xətanın mahiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada əks olunmayaraq AR İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə uyğunlaşdırılmadığından və törədilmiş inzibati xətaya dair sübutlar əlavə edilmədiyindən işin baxılması mümkün deyil. Ona görə də, protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 339.1 və 334.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025; İXP 7673735) Qəbələ RPŞ-ə qaytarılsın. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-675/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-675/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver