Məhkəmə qərarları › İş №3(025)-676/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-676/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-676/2024 19.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində, Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır və fərdi sahibkarlıqla məşğul olur. Qəbələ rayonu Vəndam qəsəbəsinin mərkəzində yerləşən paltar mağazasında işləyir. Əvvəllər Zərərçəkmiş şəxs bir neçə dəfə ona məxsus mağazaya gələrək onu narahat etmiş, barəsində həqiqətə uyğun olmayan şaiələr yaymışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində mağazada olan zaman Zərərçəkmiş şəxs mağazaya gəlmiş, mağazaya daxil olaraq nə üçün onun əri ilə münasibət saxladığını soruşmuş və onun ərinin ona borcu olduğu üçün bir neçə dəfə idarə etdiyi taksidən istifadə etdiyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməyə, eləcə də qışqırmağa başlamışdır. O, əsəbləşərək onu mağazadn çıxarmış lakin Zərərçəkmiş şəxs Yenə də mağazanın qarşısına çıxan zaman onu söyməyə başlamışdır. O əsəbləşərək mağazadan paltar asmaq üçün istifadə etdiyi ağac parçasını götürmüş və bir dəfə Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs AR DİN-nin 102 xidmətinə zəng etmişdir. İş üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə saat təximnən 15 radələrində paltar almaq məqsədilə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən, Şəxs işlədiyi paltar mağazasına getmiş, mağazaya girən zaman Şəxs ona problem yaratdığını bildirmişdir. Ondan nə problem yaratdığını soruşduqda ərinin ondan aldığı paltarları cırdığını demişdir. Onun da Şəxs əri Anar Məmmədovun ona borcunun olub-olmadığını soruşduqda isə onu mağazadan çıxardığını və mağazada olan ağac parçası ilə bir dəfə baş nahiyyəsindən vurmuşdur. Bir daha ona məxsus mağazaya gəlməməsini dedikdə AR DİN “102” xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs onu vursa da özünün ona qarşı hər hansı formada fiziki zor tətbiq etmədiyini, eləcə də ünvanına nalayiq ifadələr işlətmədiyini bildirmişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 588 saylı ekspert rəyinə əsasən 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində başın təpə nahiyyəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 21 noyabr 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2018ci il təvəllüdlü X2 adında uşağı vardır. Himayəsində azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq Şəxs barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar