Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-678/2024 28.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 dekabr 2024-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Nic həftə bazarında mülki dövriyyəsi məhdudlaşdırılmış tez alışan maddələrin satışını həyata keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 22 dekabr 2024-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X2 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Nic həftə bazarında mülki dövriyyəsi məhdudlaşdırılmış tez alışan maddələrin satışını həyata keçirmişdir. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə oğlu Nərimanla birlikdə Qəbələ rayon Nic qəsəbəsində yerləşən Nichəftə bazarına gəlmişlər. Bazarda xırdavat mallarının satışını həyata keçirirmiş. Yeni il gəlişi ilə əlaqədar bazarda özünə məxsus piştaxtada çilçıraq və tortun üzərində yandırılan fişəng satışını həyata keçirirmiş. Satışını həyata keçirdiyi "Soral" və "Birthday Candle" adlı tez alışan maddələri tanımadığı şəxsdən almışdır. Belə ki, o, Şəki şəhərində yerləşən bazardada gündəlik xırdavat məhsulların satışını həyata keçirir. Bazara 2024-cü ilin yanvar ayının əvvələri dəqiq xatırlamadığı günü tanımadığı şəxs avtombillə gətirərək bazarda satışını həyata keçirmişlər. O, Nic bazarında satışını həyata keçirdiyi "Soral" və "Birthday Candle" adlı tez alışan maddələri həmin şəxslərdən almışdır. O, Nic bazarında satdığı "Soral" və "Birthday Candle" adlı tez alışan maddələri Şəki şəhərində yerləşən bazarda satışını həyata keçirmişdir. Satışını həyata keçirdiyi tez alışan "Soral" və "Birthday Candle" adlı maddələrinin satışının qadağan olunmasını bilməmişdir. Satdığı tez alışan maddələrin pirotexniki vasitə olmadığını düşünüb xx.xx.2024-cü il tarixdə Nic-həftə bazarında satışını həyata keçirmişdir. Əvvəlki bazar günləri bu cür tez alışan maddələrin satışını etməmişdir. O, Şəki şəhərində bazarda "Soral" və "Birthday Candle" adlı tez alışan maddələrinin satışını həyata keçirmiş və ona bununla bağlı satışının qadağan olunması ilə bağlı xəbərdarlıq olunmamışdır. Buna görə də satışının qadağan olunmadığını düşünüb Nic-Həftə bazarında satışını etmişdir. Etdiyi əməldən peşmandır. Ailəsində qazanc gətirən şəxs odur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Məmmədova ünvanladığı 22 dekabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10:20 radələrində Qəbələ rayon polis şöbəsinin İTB-nin polis sahə nəfəri, polis baş serjantı X3 ilə Qəbələ rayonu Nic qəsəbəsində xidmətdə olarkən, qəsəbədə təşkil olunmuş bazarda sonradan adı onlara məlum olan ünvan 3 ünvanda qeydiyyatda olan Şəxs quraşdırdığı taxta konstruksiyada mülki dövriyyəsi qanunla məhdudlaşdırılmış tezalışan maddə, protexniki vasitə satışını həyata keçirməsini aşkar etmişlər. Qeyd edilən xüsusatla bağlı araşdırma aparılması məqsədilə adı qeyd olunan Şəxs və sonuncudan təhvil götürülmüş satdığı tezalışan maddə, protexniki vasitələrlə birlikdə polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. - 22 dekabr 2024-cü il tarixli “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların götürülməsi barədə” aktdan görünür ki, Şəxs mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 1 qutu içərisində 100 ədəd olmaqla “Soral” adlı məhsul və 12 ədəd “Birthday Candle” adlı tez alışan maddələr götürülmüşdür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satması özünün etirafedici izahatı, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Pirotexniki vasitə olan bir qutu və içərisində 100 ədəd olan “Soral” adlı məhsul və 12 ədəd “Birthday Candle” adlı tez alışan maddələr məhv olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-678/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-678/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver