Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-679/2023 08.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X2 EQ 17716477 saylı və EQ 17716701 saylı qərarlarından verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində tərtib olunmuş EQ 17716477 saylı və EQ 17716701 saylı inzibati tənbeh vermə haqqında qərarlardan xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıraq hesab edir ki, X2 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından göründüyü kimi X3 EQ 17716477 saylı və EQ 17716701 saylı qərarlardan şikayət versə də, həmin qərarların əslini və ya surətini şikayətə əlavə etməmişdir. Digər tərəfdən mövcud qanunvericilikdə hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. X1 EQ 17716477 saylı və EQ 17716701 saylı inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, X3 tərəfindən EQ 17716477 saylı və EQ 17716701 saylı inzibati tənbeh vermə haqqında qərarlar mübahisələndirilmiş, lakin qərarlar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X2 EQ 17716477 saylı və EQ 17716701 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X3 tərəfindən EQ 17716477 saylı və EQ 17716701 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-679/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-679/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver