Məhkəmə qərarları › İş №3(025)-679/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-679/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-679/2024 28.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 442-ci maddəsi ilə olan inzibati xəta haqqında Protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 442-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2052899) tərtib olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən “Nİc-həftə” bazarında piştaxta üzərindən dövriyyəsi məhdudlaşdırılmış tezalışan maddələr və pirotexniki vasitələrin satışını həyata keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsində yerləşən Nic-həftə bazarında özünə məxsus piştaxta üzərindən 1 qutuda 96 ədəd "Soral" və 10 ədəd "18 Golden Sparklers" markalı tez alışan malların satışını həyata keçirtmiş, həmin malları tanımadığı şəxsdən almış və partlayıcı hesab olunmadığına görə satışının qadağan olunmasını bilməmişdir. Satdığı mallar tez alışan olsa da, pirotexniki vasitə deyil və dövriyyəsi məhdudlaşdırılmadığından hər yerdə satılır. Ona görə də, barəsində AR İXM-nin 442ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan 22 dekabr 2024-cü il tarixli “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların götürülməsi barədə” aktın surətinə əsasən Şəxs mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 1 (bir) ədəd qutuda yerləşən “Soral” markalı 96 (doxsan altı) ədəd və 10 ədəd “18 Golden Sparklers” markalı tezalışan maddələr, protexniki vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X4 RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanladığı 22 dekabr 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10:00 radələrində Qəbələ rayon polis şöbəsinin İTB-nin polis sahə nəfəri, polis baş serjantı X2 ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsində xidmətdə olarkən, qəsəbədə təşkil olunmuş bazarda Qəbələ rayonu, Zarağan kənd sakini Şəxs quraşdırdığı taxta konstruksiya üzərindən mülki dövriyyəsi qanunla məhdudlaşdırılmış tezalışan maddə, protexniki vasitələrin satışını həyata keçirməsi aşkar edilmişdir. Qeyd edilən xüsusatla bağlı araşdırma aparılması məqsədilə Şəxs və ondan təhvil götürülmüş tezalışan maddə, protexniki vasitələr polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2015ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbiri tətbiq olunmalı və cərimənin məbləği təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-də saxlanılan 1 ədəd qutuda 96 ədəd “Soral” markalı və 10 ədəd “18 Golden Sparklers” markalı tez alışan maddələr məhv olunsun. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar