Məhkəmə qərarları › İş №3(025)-680/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-680/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-680/2025 05.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X1, zərərçəmiş şəxs Zərərçəkmiş şəxsun nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X4 iştirakı ilə, xx.xx.1979-cu ildə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326698) tərtib olunmuşdur ki, o, 1141 manat borc və 31.41 manat dövlət rüsumu, cəmi 1172.41 manat tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(025)-506/2023 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 572.41 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, 1141 manat borc və 31.41 manat dövlət rüsumu, cəmi 1172.41 manat tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(025)-506/2023 saylı icra sənədi üzrə 1141 manat borc və 31.41 manat dövlət rüsumunun tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(025)-506/2023 saylı icra sənədi üzrə 572.41 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə ödənişlər etmiş, lakin çətin maddi vəziyyətdə olması iilə əlaqədar borcunu tam şəkildə ödəyə bilməmişdir. Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə fəhlə işləyərək ayda cəmi 500-600 manat qazanır və həmin vəsaitlə ailəsinin ər zəruri ehtiyaclarını belə ödəyə bilmir. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-506/2023 saylı icra sənədi üzrə cəmiyyətin xeyrinə 572.41 manat ödənilməsi borclu Şəxs tərəfindən indiyədək təmin edilməmişdir. Ondan tələbin tam şəkildə birdəfəlik ödəməsi tələb olunur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-506/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1141 manat borc və 31.41 manat dövlət rüsumu, cəmi 1172.41 manat "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-506/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e126728/2023-11-6-0 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-506/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-506/2023 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs MMC-yə 572.41 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X2 adında azyaşlı uşaqı vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuıiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyəti yüngülləşdirən hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 dekabr 2025-ci il tarixdən saat 11:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar