Məhkəmə qərarları › İş №3(025)-681/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-681/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-681/2023 21.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qərarı barəsində şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X4 iştirakı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Oktay Şahmurov tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh haqqında (1000 manat cərimə) MN № ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Göyçay rayonundan olan tanışı Araz adlı şəxs ona səhər təxminən 6-7 radələrində Göyçaya gəlib və digər Ucar sakinini ov etmək üçün Ağcabədi rayonuna aparmasını xahiş etmişdir. Həm də ona bildirmişdir ki, ov etmək razılığı var, heç bir problem yoxdur. Qiymət danışmasalar da 50 manat benzin pulu vermişdir. Təxminən xx.xx.2023-cü il tarixdə səhər saat 08:30 radələrində Göyçayda olmuşdur. Arazı Göyçaydan götürüb Ucar ərazisində onun tanımadığı başqa bir yaşlı şəxsi də götürüb Ağcabədi rayonuna getmişlər. Onun tanımadığı təxminən asfalt yolnan 2-3 km aralı kənd yolu ilə getmişlər. Kənd ərazisində ferma tikilisinin yaxınlığında maşını Arazın deməsinə görə saxlamışdır. Araz və digər onun tanımadığı Ucar rayonundan maşına götürdükləri adını bilmədiyi şəxs maşından düşmüşlər. Araz ona demiş ki, onlar gələnə kimi burada gözləsin və ov edib qayıdacaqlar. Saat təxminən 10 11 radələri olarmış və ondan ayrılmışlar. O, maşınında oturub gözləməyə başlamışdır. Bir müddət sonra qayıtdıqlarını görmüşdür. Yanlarında onun tanımadığı başqa şəxslər də olmuşdur. Arazdan nə olduğunu soruşmuşdur. Araz ona demiş ki, ekologiya işçiləri onları tutublar və silahlarını əllərindən alıblar, barələrində akt tərtib ediblər. Arazla gələn onun tanımadığı şəxslər ona bildirmişlər ki, bunlar sənin maşının ilə gəlmişlər. Ona görə də qanunsuz olaraq qadağan edilmiş yerdə ov etməyi barəndə protokol tərtib edəcəklər. O, qəti olaraq etiraz etmiş, bildirmiş ki, o, sürücüdür, ov etmək üçün silahı yoxdur, dayandıqları ərazi kənd yoludur. O, “hansı qaydaları pozmuşam" bunu bildirə bilərsinizmi?” deyə soruşmuşdur. Onun dediklərinə əhəmiyyət verməmişlər və izahatını almışlar. Qeyd etdiklərini izahatında da göstərmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Təkid etmələrinə baxmayaraq protokolu imzalamaqdan imtina etmiş və imzalamamışdır. Ona görə ki, o, ov ediləcək əraziyə getməmiş, ov silahı olmamışdır. Nə üstündə, nə də maşınında ov alətləri, ov silahı və hər hansı formada ov silahı sursatları olmamışdır. Ümumiyyətlə Araz və onunla olan silahsız şəxs ov etməmişlər. Bir müddət sonra onun ünvanına xx.xx.2023-cü il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol göndərilmişdir. xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ünvanına İnzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar göndərilmişdir. Həmin qərara əsasən guya o, xx.xx.2023- cü il tarixdə Ağcabədi rayonunun ərazisində 9 saylı RMTM-nin 4 saylı meşəbəyiliyinin 7 saylı dolayında lazımı icazə olmadan ov etməklə ov qaydalarını kobud şəkildə pozması iddiası ilə onu AR İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı "törədən" şəxs kimi 1000 (bir min manat) cərimə etmişlər. Cərimə olunması barədə MN № ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar ona xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə verilmişdir. Cərimə olunmasına dair MN № ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmir. Həmin qərar qərəzlidir, qəbul edilməzdir və ədalətsizdir. Qərarın ləğv olunmasını istəyir. Qeyd olunanlardan aydın olur ki, o, AR İXM-nin 272.3-cü maddəsində qeyd olunan ov qaydalarının heç birini pozmamışdır. Ümumiyyətlə o, qərarda göstərilən əraziyə (ov ərazisinə) getməmişdir, heç bir ov alətindən istifadə etməmişdir. Adına cərimə qərarının verilməsini - qanunlara ekologiya əməkdaşlarının hörmətsizliyi, ona münasibətdə isə qərəzli və ədalətsiz, qeyri obyektiv yanaşma kimi qəbul edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X5 şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, onun heç bir ov aləti yoxdur. Ekologiyanın əməkdaşları oun ov etməsi ilə bağlı ya ondan hər hansı ov aləti, ya da ovlanmış heyvan tapmamışlar. Lakin bunlara baxmayaraq barəsində əsassız qərar qəbul etmişlər. Qərarı barəsində şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X2 hadisə zamanı hər hansı silah aşkar edilməmişdir. X8 qrup halında ov etmək məqsədi ilə Ağcabədi rayonuna gəlmişdir. Nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmurovun inzibati tənbehin tətbiq edilməsi haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərar qanunauyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin X4 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati tənbehin tətbiq edilməsi haqqında 13 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, həmin qərar isə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X3 tərəfindən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli №1764525 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Ağcabədi rayonu ərazisində 9 saylı KMTM-ın 4 saylı meşəbəyliyinin 7 saylı dolayında xx.xx.2023-cü il tarixində ov qaydalarını pozaraq lazımı icazə olmadan qadağan olunmuş yerdə ov etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixli, №1440484 saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu ərazisində 9 saylı KMTM-ın 4 saylı meşəbəyliyinin 7 saylı dolaylarında icazəsi olmadan ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur, bununla da Azərbaycan Respublikası İXM-nin 272.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin № 81652 saylı aktına görə X5 tərəfindən Ağcəbədi rayonu 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 4 saylı meşəbəyli ərazisində qanunsuz ov etmişdir, - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xəta haqqında işin müddətinin uzadılması haqqında Qərardaddan görünür ki, X5 barəsində aparılan inzibati işin baxılmasında iştirak edə bilmədiyindən işin baxılması 1 ayadək uzaldılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, inzibati qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları hər tərəfli araşdırılmamışdır. Belə ki, İXM-nin 272.3-cü maddəsinə əsasən Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi qanunverici orqan ov qaydalarının kobud şəkildə pozulması hallarını “lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla” ov edilməsi ilə əsaslandırmışdır. Nəticə olaraq hər hansı şəxsin barəsində İXMnin 272.3-cü maddəsi ilə qərar qəbul edilməsi üçün onun əməlində “lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla” halları olmaqla yanaşı ov edilmə halları da olmalıdır. Hazırkı halda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə X5 tərəfindən hansı heyvanın ovlanması barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə X5 barəsində qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarda Oleq Şükəsovun lazımı icazə olmadan ov etməklə ov qaydalarını pozması göstərilsə də, konkret olaraq hansı heyvanı ovlaması göstərilməmiş, bununla bağlı sübutlar isə məhkəmə araşdırması zamanı da məhkəməyə təqdim edilməmişdir. Halbuki, İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi iş materialları ilə X4 hər hansı heyvan ovlaması, o cümlədən ov zamanı qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməsi məüyyən olunmur. Nəticə olaraq inzibati xəta haqqında qərar qəbul edən orqanın səlahiyyətli nümayəndəsi tərəfindən şəxsi inzibati məsuliyyətə cəlb etsə də, lakin həmin məsələyə səthi yanaşmış, yuxarıda göstərilən hallar ətraflı araşdırılmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-nin 43-cü maddəsində rayon (şəhər) məhkəmələrinin aidiyyəti üzrə baxdığı maddələr konkret olaraq göstərilmişdir. İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 272.3-cü maddəsi ilə olan işlərə rayon məhkəmələri tərəfindən baxılmalıdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 saylı fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin qərar qəbul edə bilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Buna baxmayaraq X5 barəsində İXM-nin 272.3-cü maddəsi ilə protokol tərtib edildikdən sonra, protokol baxılması üçün məhkəməyə göndərilməli olduğu halda, X5 barəsində İXM-nin 272.3-cü maddəsi ilə qərar da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəsini əvəz edən şəxs tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.2 və 135.1.3-cü maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X1 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsi 13 noyabr 2023-cü il tarixli, №1440484 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsi 13 noyabr 2023-cü il tarixli, №1440484 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar