Məhkəmə qərarları › İş №3(025)-681/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-681/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-681/2024 25.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakları ilə 1997-ci il iyunun 11-də Qəbələ rayonu Tikanlı kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 dekabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, X2 rayonu Zarağan kəndində yerləşən “Yeni Market” mağazasının daxilində ictimai qaydanı pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 25 dekabr 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən "Yeni Marketdə" bir nəfər şəxsin satıcı ilə aralarında münaqişə olması və münaqişənin davam etməsi, həmin şəxsin müştərilərin yanında nalayiq ifadələr işlətməsi barədə məlumat almışdır. Məlumat əsasında ərazinin polis sahə nəfəri polis serjantı Abid Nəbiyev ilə birlikdə hadisə yerinə yaxınlaşmışlar. Adı ona sonradan məlum olan Şəxs həddindən artıq dərəcədə sərxoş olduğu və mağazada uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Şəxs dəfələrlə xəbərdarlıq edərək nizam-intizamlı olmağa dəvət etsə də, o, buna məhəl qoymadan dahada kobud hərəkətlərlə ictimai qaydanı və ictimai asayişi pozmağa davam etmiş və kassada olan şəxsə xəsarət yetirmək istəmişdir. Bu səbəbdən həmin şəxs tərəflərindən Qəbələ RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bununla da X5 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsində yerləşən "Karvan" şadlıq sarayında sinif yoldaşı Şahmar adlı şəxsin toy məclisində iştirak etmişdir. Toy məclisində spirtli içki qəbul etmiş və sərxoş olduğu üçün etdiyi hərəkətlərin fərqində olmamışdır. Sonra toy məclisindən çıxaraq Qəbələ rayon Zarağan kəndinə gəlmiş və Yeni marketə gedərək 1 ədəd xırdalan Pivəsi almışdır. Kassada oturan işçi ona 2.16 manat ödəməli olduğunu demiş, o isə 5 manat ödəmiş və işçi ona 2,84 manat qaytarmalı olduğu halda 2.85 manat qaytarmışdır. Həmin vaxt o, satıcıya qarşı uca səslə nalayiq ifadələr işlədərək onun 0.1 qəpik pulunun ona lazım olmadığını, pulu xırdalayaraq 2.84 manat qalıq pulunu qaytarmasını tələb etmişdir. Kassir yenidən ona 2.84 manat pul qaytardığı zaman ona qəpikləri yerə möhkəm vurduğunu irad bildirərək yenidən diigər müştərilərin və işçilərin yanında uca səslə nalayiq ifadələr işlədərək güc tətbiq etmək istəmişdir. Lakin orada olan işçilər bunun qarşısını alaraq onu sakitləşdirmək istəmişlər, o isə buna məhəl qoymadan özünü yerə yıxaraq onlardan yayınıb satıcını vurmaq istəmiş və davamlı olaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Orada olan müştərilər və işçilər onun səsinə yığılmışlar. Bir müddət sonra isə polis əməkdaşları gələrək onu sakitləşdirməyə çalışmışlar. O, buna məhəl qoymadığı üçün polis əməkdaşları onu Qəbələ RPŞ-yə gətirmişlər. Sərxoş olduğu üçün etdiyi hərəkətlərin fərqində olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X4 Feyruz Vacib oğlunun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən “Yeni market” mağazasında satıcı-kassir işləyir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndində yerləşən Yeni Marketdə işdə olduğu zaman bir nəfər müştəri təxminən saat 16:45 radələrində ona yaxınlaşaraq 1 ədəd pivə təqdim edərək kassaya saxlanılmasını istəmişdir. O, həmin şəxsin əlindəki pivəni kassaya vuraraq 2,16 manat ödəməli olduğunu bildirmişdir. Həmin şəxs ona 5 manat ödəniş etmişdir. O, pivənin pulunu çıxaraq 1 qəpik olmadığ üçün 2,84 manat yox, 2,85 manat qaytarmışdır. Həmin vaxt müştəri aqressiv halda onun 1 qəpik artıq ödəməyi ona lazım olmadığını bildirərək ona qarşı uca səslə digər müştərilərin və işçilərin yanında nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sözügedən müştərinin sərxoş olduğu aşkar şəkildə bilinirmiş və hücum edərək xəsarət yetirmək istəmişdir. Lakin orada olan nəzarətçi Şahid5 bunun qarşısını almışdır və onu sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq daha da ucadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində digər Şahid3 ilə eyni məzmunda izahat verərək, onun dediklərini təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, Feyruz Qəribov əvvəllər də həmin marketdə içkili vəziyyətdə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndində yerləşən Yeni marketdə işdə olduğu zaman mağazanın 2-ci kassasında bir nəfər tanımadığı şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. O, nəzarətçi işlədiyi üçün həmin şəxsin etdiyi hərəkətləri aydın görümüşdür. Belə ki, adı ona sonradan məlum olan Şəxs kassada işləyən satıcı Şahid3 0.1 qəpik pul qalığını artıq qaytardığı üçün ona qarşı nalayiq ifadələr işlədirmiş. Şəxs sərxoş olduğu açıq görünürmüş. O, hərəkətlərinin fərqində deyilmiş və ayaq üstə çətinliklə dayanırmış. Həmin vaxtı mağazada müştərilər olmuş, hamı Şəxs hərəkətlərini və işlətdiyi nalayiq ifadələri görmüşdür və orada olan işçilər onu sakitləşdirməyə çalışsa da, o daha da aqressiv hərəkətlər edərək ünvanlı-ünvansız nalayiq ifadəlkər işlədərək kassada işləyən işçiyə qarşı zor tətbiq etməyə çalışmış, lakin işçilər ona mane olurmuşlar. Bir müddət sonra isə polis əməkdaşları gəlib Şəxs Qəbələ RPŞ-yə aparmışlar. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli, 386 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 0,310 % olmuşdur. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli, 022624 nömrəli “X9 Haqqında” protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, X2 rayonu Zarağan kəndində yerləşən “Yeni Market” mağazasının daxilində ictimai qaydanı pozaraq və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xətanı sərxoş vəziyyətdə törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 dekabr 2024-cü il saat 21:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar