Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-682/2024 26.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – 24 sentyabr 1970-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov silahının saxlanması, daşınması və əldə edilməsi qaydasını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, 05 oktyabr 2024-cü il tarixdə Qəbələ RMX-dən rayon polis şöbəsinin Növbətçi hissəsinə daxil olmuş MK-2/5044 sayı ilə qeydiyyata alınmış məlumatda Qəbələ rayonunun Nohurqışlaq kənd sakini 1970-ci il təvəllüdlü Şəxs güllə dəyməsi nəticəsində sağ qolun bazu nahiyyəsinin açıq qanayan parçalanmış və didilmiş geniş həcmli yarası xəsarətləri ilə xəstəxanaya müraciət etdiyi bildirilmişdir. Daxil olmuş məlumat HK-1/1375 sayı ilə qeydiyyata alınaraq araşdırıma aparılması üçün icrası Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X2 həvalə edilmiş və onun tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində 09 dekabr 2024-cü il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayətin işinin başlanması rədd edilərək, onun barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Özünə məxsus babasından qalma təklüləli ov tüfəngi vardır. 05 oktyabr 2024-cü il tarixdə saat təxminən 09 tradələrində özü tək yaşadığı evin yaxınlığında olan meşəyə ov etmək məqsədi ilə gedərək orada 01 ədəd qırqovul ovlayıb nahar vaxtı qayıdaraq yaşadığı evə gəlmişdir. Nahar etdikdən sonra saat təxminən 14:30 radələrində meşə ərazisində yenidən ov etməyə getmək qərarına gəlmişdir. Bu məqsədlə özünə aid təklüləli ov tüfəngini götürüb piyada meşə ərazisinə gedərəkən həmkəndlisi Abid Abduhüseynova məxsus bağ sahəsindən keçib getmək üçün bağın dəmir barmaqlı qapısına yaxınlaşmışdır. Qapı qıfılbəndlə bağlı olduğu üçün məcbur olmuşdur ki, qapının üzərindən atlanıb keçsin. Buna görə əvvəlcə tüfəngi qapının arasından bağa tərəf qoyub sonra isə qapının üzərindən atılaraq bağa keçmək qərarına gəlmişdir. Buna görə sağ əli ilə tüfəngin lülə hissəsindən tutub tüfəngi dəmir qapının arasından bağa tərəf qoymaq istəyərkən həmin vaxtı tüfəng qurulu vəziyyətdə olduğundan qəflətən atəş açılmış və sağ qolundan xəsarət aldığı üçün Qəbələ rayon Mərkəzi xəstəxanasına müraciət edərək sağ qolu amputasiya edilmişdir. Məhkəmədəngöstərilənlərin nəzərə alınmasını və barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 24dekabr 2024-cü il tarixliinzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, cinayət işinin rədd edilməsi haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki,Qəbələ RPŞ-nin İTB-in XU baş inspektoru polis mayoru Muradxan Zülfüqarovun 14 oktyabr 2024-cü il tarixli raportundan görünür ki, Şəxs istifadəsində olan 1951-ci il keçmiş SSRl-də istehsalı edilmiş, İJ markalı, 16 kalibrli, bala qundaq nömrəsi 3139M, lülə nömrəsi 79367 olan, qundaq nömrəsi oxunaqlı olmayan, təklüləli ov silahı hər hansı bir şəxsin adına Qəbələ RPŞ-nin "Odlu silahın uçot və qeydiyyat" kitabında, həmçinin DİN-nin mülki ov silahlarına dair mərkəzi qeydiyyat sistemində qeydiyyata alınmadığı göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1951-ci il keçmiş SSRl-də istehsalı edilmiş, İJ markalı, 16 kalibrli, bala qundaq nömrəsi 3139M, lülə nömrəsi 79367 olan, qundaq nömrəsi oxunaqlı olmayan mülki ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 01 (bir) ədəd1951-ci il keçmiş SSRl-də istehsalı edilmiş, İJ markalı, 16 kalibrli, bala qundaq nömrəsi 3139M, lülə nömrəsi 79367 olan, qundaq nömrəsi oxunaqlı olmayan mülki ov silahı müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. 01 (bir) ədəd 1951-ci il keçmiş SSRl-də istehsalı edilmiş, İJ markalı, 16 kalibrli, bala qundaq nömrəsi 3139M, lülə nömrəsi 79367 olan, qundaq nömrəsi oxunaqlı olmayan mülki ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin MTTBİ-nin Mərkəzi Bazasına (anbarına) təhvil verilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-682/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-682/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver