Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-682/2025 05.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ HakimƏliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi ilə Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 dekabr 2025-ci il tarixdə Qəbələ rayonu İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borc və 107,5 (bir yüz yeddi manat beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlərlə birlikdə icra olunması üçün icra sənədləri üzrə borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildirişlər göndərilməsinə baxmayaraq, icra sənədləri üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədləri üzrə tələbi icra etməyi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlaklar aşkar edilməmişdir. Hazırki dövrə borclunun 5797 manat borcu vardır. Borclu çağırışlara gəlmədiyindən xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilmiş və axtarışla şöbəyə gətirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Həmçinin verilən suala cavab olaraq, hazırki icra sənədi üzrə borclu Şəxs barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərdiyini, Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(025)-609/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi gün) gün müddətinə inzibati qaydada həbs edildiyini bildirdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi gün) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə səbəb isə Qəbələ Rayon Məhkəməsinin 2(025)-881/2023 nömrəli, xx.xx.2023-cü saylıicra sənədini icra etməməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. X4 Haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilməsinə səbəb Qəbələ Rayon Məhkəməsinin 2(025)-881/2023 nömrəli, xx.xx.2023-cü saylı icra sənədini icra etməməsi olmuşdur ki, həmin icra sənədinə əsasəndə 2024-cü ildə İXM-nin təqsirli bilinərək barəsində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarın qəbul olunmasından isə 1 il vaxt keçməmişdir. Belə olan halda, Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, düzgün olmayaraq Şəxs barəsində İXM-ni 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol düzdün olmadığına görə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qəbələ rayonu İcra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-682/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-682/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver