Məhkəmə qərarları › İş №3(025)-684/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-684/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-684/2023 22.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən EQ 17716477 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda elektron vasitələrlə tərtib olunmuş EQ17716477 №li elektron qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-CD-*** dövlət nömrə nişanlı, BAN № WDB2110421A241602 olan, Mersedes Benz E200 Minik markalı nəqliyyat vasitəsi oğlum X2 mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsini mülkiyyətçisi özü şəxsən idarə edir. Xəstəliyi və sürücülük hüququnun olmaması səbəbindən onun nəqliyyat vasitəsini idarə etməyi qeyrimümkündür. Uzun illərdir ki yataq xəstəsidir və nəqliyyat vasitəsi idarə edə bilmir. Lakin buna baxmayaraq qeyd olunan nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə inzabati xətalar məcəlləsinin 332.2 maddəsi ilə EQ17716477 nömrəli elektron qərar əsasında protokol tərtib olunmuşdur. Qeyd: Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Bildirir ki, oğlu-lsgəndərov Rəşad Nazim oğlunun mülkiyyətində olan, **-CD-*** dövlət nömrə nişanlı, BAN № WDB2110421A241602 olan, Mersedes Benz E200 Minik markalı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Qəbələ rayon notariat ofisində xx.xx.2012-ci il tarixdə reyestrdə 7E-8267 № ilə qeyd olunmuş etibarnamə verilmişdir. Xəstəlik keçirməyi (beyin insultu) səbəbindən yaxın 2 il ərzində həmin nəqliyyat vasitəsini idarə etmir. Həmin nəqliyyat vasitəsini mülkiyyətçisi olan oğlu X5 idarə edir. Onun sürücülük vəsiqəsi (BC600589) xx.xx.2023-cü il tarixdə etibarlılıq müddətini bitirmişdir. Xəstəliyi səbəbindən nəqliyyat vasitəsini idarə edə bilmədiyi üçün yeni sürücülük vəsiqəsi almamışdır. Bildiyimiz kimi, nəqliyyat vasitəsinə sərəncam hüququna dair verilmiş etibarnamədə veriləh səlahiyyət yalnız “sürücülük hüququ olduqda” nəqliyyat vasitəsi idarə eməyə icazə verilir.Həmin etibarnamə üzrə qeyd olunan səlahiyyətin ona verilməsi əsas vermirki ona nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməyə dair cərimə yazılsın. Bildirir ki, həmin tarixdə və əvvəlki dövrlərdə nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamışdır. Bu hal xəstəliyi və müşahidə kamerları (və ya radar) əsasında təsdiq oluna bilər. Daxili İşlər Nazirliyi Baş X8 idarəsinə elektron qərarın verilməsindən 10 (on) gün əzində həm elektron qaydada həm də kağız daşıyıcıda (sifarişli poçt qəbzi) xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Lakin, buna baxmayaraq ona heç bir cavab məktubu gəlməmişdir. Elektron qurğular vasitəsi ilə aşkar oluna bilən qayda pozuntuları arasında İnzibati Xətalar Məcəlləsinin 332ci maddədən irəli gələn məsələlər nəzərdə tutulmamışdır. İddia edilən qayda pozuntusu yalnız inspektror tərəfindən canlı şəkildə aşkar oluna biləcək bir qayda pozuntusudur. Odur ki, bütün bu qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda elektron vasitələrlə tərtib olunmuş EQ17716477 №li elektron qərarın ləğv olunmasına dair qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X3 lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə şikayətçinin və şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Təqdim olunmuş materiallarda X1 Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X4 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olub-olmamasını müəyyən etmədən, X1 barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-81.3-cü maddələrinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə X1 şikayəti qismən təmin olunmalı, EQ 17716477 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən EQ 17716477 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar