Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-688/2025 19.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X5 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə MN № ******* nömrəli, 04 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev pr., 6B ünvanında yerləşən Şəxs MMC-yə məxsus kafe, avtomobil təmiri sexləri, avtoyuma məntəqəsində formalaşan tullantı sularının axıdıldığı üstüaçıq şambonun daşması nəticəsinə tullantı sularının ətrafa axması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə MN № ******* nömrəli 04 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, onlar idarə olaraq hər ay Qəbələdən Balakənə qədər olan ərazilər üzrə qrafikə əsasən monitorinq keçirirlər. Ərazi üzrə su və su təsərrüfatı obyektlərindən əlavə, şəhər içi içməli su şəbəkələrinə, eyni zamanda kanalizasiya şəbəkələrinə nəzarətləri vardır. Aşkarlanan bütün nöqsanlar barəsində xidməti məlumat ötürürlər. Həmçinin onlara da gündəlik məlumatlar gəlir. Əraziyə baxış keçirirlər, əgər həqiqətən nöqsan varsa protokol tərtib edirlər. 01 dekabr 2025-ci il tarixində 0029 saylı sərəncama əsasən Qəbələ rayonu ərazisində keçirilən monitorinq tədbirləri zamanı Pakoil MMC-yə məxsus avtoyuma məntəqəsi, yanacaq doldurma məntəqəsi, maşın təmiri sexləri, eyni zamanda kafedə forlamaşan tullantı sularının axıdıldığı 3 ədəd şamboların dolub daşması səbəbilə çirkab suların ətraf əraziyə və əkin sahəsinə axıdılması faktını müəyyən etmişdirlər. Təqdim etdikləri CD diskdə həmin gölməçələrin daşması öz əksini tapmışdır. Aşkarlanan nöqsanla bağlı Şəxs MMC-nin nümayəndəsini həmin əraziyə çağırmışdırlar. Əraziyə gələn Eminov Elçin adlı əməkdaşları orada baş mühasib vəzifəsində işləyir. Onun iştirakı ilə inzibati akt tərtib edilmişdir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsi ilə MN № ******* nömrəli 04 dekabr 2025-ci il tarixliinzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasından ötrü Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Şəxs MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz göndərərək, bildirmişdir ki, 3(025)-688/2025 nömrəli barəsində inzibati xəta haqqında iş üzrə ərizəçi X4 Dövlət Nəzarəti Xidmətinin 12 Saylı X5 işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, maddi və prossesual hüquq normalarını pozmuş, işə bir tərəfli yanaşmış, yalnız öz maraqlarından çıxış etmiş, mövcud vəziyyəti sübutları düzgün qiymətləndirmədən öz mülahizələrinə uyğun səlahiyyəti olmayan Şəxs MMC-nin əməkdaşına izahat yazdıraraq Protokol tərtib etmişdir. Aşağdakılara əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərara qəbul edilməlidir: Təqdim olunmuş sübutlardan da göründüyü kimi, Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X2 əməkdaşları tərəfindən təqdim edilən ərazi Şəxs MMC-nin mülkiyyətindədir. Şəkillərdən aydın şəkildə görünür ki, çirkab suların toplanması üçün nəzərdə tutulmuş anbar daşmamışdır. Həmçinin, yığılmış təbii sular obyektin yerləşdiyi ərazidən xeyli aralı məsafədədir və obyektlə hər hansı bir əlaqəsi yoxdur. Beləliklə, təqdim edilən faktlar və vizual sübutlar obyekt tərəfindən ətraf mühitə hər hansı zərərin vurulmadığını açıq şəkildə təsdiq edir. Həmçininin, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X5 Pakoil MMC barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X5 tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda hesab edir ki, Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X5 tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Pakoil MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən X9 Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılıb, etirazlarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X3 rəis müavini vəzifəsində işləyir. Baxış keçirilərkən o da iştirak etmişdir. İdarələrinin əsasnaməsində əraziyə keçirəcəkləri ilə bağlı əvvəlcədən xəbərdarlıq etməklə bağlı hər hansı müddəa yoxdur. Onlar obyektin daxili məsələlərinə, içərisinə baxış keçirməmişdirlər, ona görə də onlar üçün Ədliyyə Nazirliyinin reyestrindən çıxarışın olmasına ehtiyac yoxdur. Onlar sadəcə obyektin kənar ərazilərinə baxış keçirdirlər. Əvvəlcədən onlara verilmiş məlumatın təsdiqini tapmaq üçün getmişdirlər. Belə ki, onların hər rayonda monitorinq aparan müşahidəçiləri vardır. Həmin müşahidəçilər onlara qabaqcadan məlumat verirlər ki, müəyyən ərazidə belə bir fakt var, onlar da ona əsasən gedib yerində baxırlar. Həmin ərazi taxıl sahəsinə bitişik ərazidir. Əraziyə gedəndə görmüşdürlər ki, fakt öz əksini tapır. Şəxs MMC-nin vəzifəli şəxsinin kim olduğunu soruşmuşdurlar, nümayəndəsi gəlib özünü təqdim etmiş, orada işləməsi ilə bağlı əmək müqaviləsini göstərmişdir. Ona belə bir inzibati xətanın olduğunu bildirmişlər, o, da bildiklərini və düzəldəcəklərini bildirmişdir. Protokol yazmamaqlarını onlardan xahiş etmişdir. Həmçinin protokol tərtib olunan maddədə faktın aradan qaldırılması üçün vaxt verilməsi qeyd olunmadığı üçün onlar da vaxt verməmişdirlər. Xüsusən də böyük obyektlərdə buna icazə verilmir. Həmçinin onu da qeyd edir ki, Nazirlər Kabinetinin 2020-ci il tarixli qərarına əsasən su obyektinin uzunluğu 10 km qədərdirsə 100 m kimi nisbətdə mühafizə zolaqları dəyişir. Şəhərin içində isə şəhər planlaşdırılmasına əsasən dəyişir. Orada Şəxs MMC-nin özünün ofisi və kənarda olan maşın təmiri sexləri, kafe və s. var. Əgər Şəxs MMC-nin Nazirlər Kabinetinin 74 saylı qərarında göstərilən formada çirkab hovuzu olmasaydı onun istismarına icazə verilməzdi. Amma MMC köhnə tikili olduğu üçün çirkab sular ətraf mühitə buraxılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X3 mühəndis vəzifəsində işləyir. Onlara çaylarda, kanallarda, su obyektlərində, o cümlədən Qəbələ şəhəri və ətraf yaşayış məntəqələrinin kanalizasiya və içməli su şəbəkələrinin yoxlanılması üçün hər ayın əvvəli qrafik verilir. Onlara qrafik üzrə verilmiş zonalarda müşahidəçiləri var. Göstəriş isə həmin müşahidəçi və mühəndisin bir yerdə obyektləri, sayğacları yoxlaması və aşkar olunmuş faktlarla bağlı akt tərtib edib bölməyə təqdim olunmasından ibarətdir. Əvvəlki aylarda Şəxs MMC-yə baxış keçiriləndə sızma halları çox aşkar edilmədiyindən onu qrafikə salmamışdırlar. Protokol yazılmazdan əvvəl onları bölməyə dəvət etmişdirlər ki, tədbir görsünlər. Şifahi şəkildə dəvət etmişlər, lakin nümayəndəsi gəlməmişdir. Həmçinin sahibkardan əlavə oradakı kafedəki işçilərə də bunu bildirmişdirlər. Protokol tərtib olunan zaman isə sızmanın çoxladığının şahidi olmuşdurlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan MN № ******* nömrəli, 04 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev pr., 6B ünvanında yerləşən Şəxs MMC-yə məxsus kafe, avtomobil təmiri sexləri, avtoyuma məntəqəsində formalaşan tullantı sularının axıdıldığı üstüaçıq şambonun daşması nəticəsinə tullantı sularının ətrafa axması faktı aşkar edilmiş, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 262.2.3-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 002451 nömrəli aktdan görünür ki, bölmənin 0023 saylı, xx.xx.2025-ci il tarixli sərəncamına əsasən xidməti ərazi üzrə Qəbələ şəhərində suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı Qəbələ şəhəri Heydər Əliyev prospekti 6B ünvanında yerləşən Şəxs MMC-yə məxsus kafe, avtomobil təmiri sexləri və avtoyuma məntəqəsinin daxilində formalaşan tullantı sularının axıdıldığı çirkab quyusunun (x – 40°57°20.6° N, y - 47°49°45.5° E koordinatlarda) daşaraq ətraf mühitə, çöllərə, əkin sahəsinə təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Yerində araşdırmalar zamanı aşkar olunan nöqsanla bağlı xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi əsasında Şəxs MMC-də baş mühasib vəzifəsində çalışan X1 çirkab quyusunun yanına dəvət olunmuş, üstü açıq çirkab quyusundan (şambo) axan tullantı sularının ətraf mühiti çirkləndirdiyi ona bir daha göstərilmiş və bu xoşagəlməz nöqsan halının inzibati qaydada məsuliyyətə səbəb olduğu bildirilmişdir. Bundan sonra baş vermiş nöqsanla bağlı E.Eminovun yerində izahatı alınmış və onun tərəfindən yazılan izahatında törətmiş olduğu hüquq pozuntusunun məsuliyyətini dərk etdiyini və qısa zaman ərzində yaranmış bu xoşagəlməz halın aradan qaldırılacağını təmin edəcəyini bildirmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. İş materiallarında olan 12 saylı X2 0029 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, Şəki, Oğuz, Qəbələ rayonlarının inzibati ərazilərində 5 gün müddətində nəzarət tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X11 izahatından görünür ki, sözügedən çirkab quyusunun dolaraq daşmasından və ətraf mühitə axmasından xəbəri var və təmir planında həmin çirkab quyusunun təmiri nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərə və 01 ədəd DVD disk daşıyıcısına baxış keçirilərkən Şəxs MMC-yə məxsus avtoyuma məntəqəsi, yanacaq doldurma məntəqəsi, maşın təmiri sexləri, eyni zamanda kafenin ərazisindən kənara çirkab sularının axıdılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən "İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən "Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev pr., 6B ünvanında yerləşən Şəxs MMC-yə məxsus kafe, avtomobil təmiri sexləri, avtoyuma məntəqəsində formalaşan tullantı sularının axıdıldığı üstüaçıq şambonun daşması nəticəsinə tullantı sularının ətrafa axması faktı müəyyən edilmişdir. Həmçinin barəsində inzibati icraat aparılan şəxsin etirazında göstərdiyi xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamə sahibkarlıq subyektlərinin yoxlamalarının vahid şəkildə qeydiyyatını, monitorinqini və təhlilini təmin etmək, bu sahədə şəffaflığı artırmaq məqsədi daşıyır. Həmin Əsasnaməyə əsasən dövlət orqanları tərəfindən aparılan bütün yoxlamalar qeydiyyata alınır və vahid məlumat bankında saxlanılır, bununla da respublikada sahibkarlığın inkişafına dəstək göstərilir. Lakin hazırki iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamadan söhbət gedə bilməz. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidmətinin 12 saylı X2 əməkdaşları tərəfindən sahibkarlıq obyektinə deyil, həmin obyektin kənar ərazilərinə baxış keçirilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən "İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən "İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-688/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-688/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver