Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-69/2021 10.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1991-ci il oktyabrın 24-də Qəbələ şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prospektində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prospektində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Qəbələ şəhərinin mərkəzində marketə daxil olarkən tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları ona irad bildirmişlər. Həmin vaxt spirtli içki içərək sərxoş olduğu üçün polis əməkdaşlarının sözlərini qeyri-səmimi qəbul etmişdir. Mübahisə zamanı içkili olduğundan polis əməkdaşlarına söyməsi yadında deyildir. Polis əməkdaşlarından polis şöbəsində də üzr istəmiş və hal-hazırda onlardan üzr istəyir. xx.xx.2020-ci il tarixdən Vətən müharibəsinin iştirakçısı olmuşdur. Bunun nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsini və Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 19:40 radələrində Qəbələ RPŞ-nin İTB-nin rəisi, polis kapitanı Nicat Hümbətalıyevlə birlikdə Qəbələ şəhəri ərazisində, “Ayxan Telecom” mağazasının qarşısında dayanarkən bir nəfər şəxs tibbi maskasız onlara yaxınlaşmışdır. Onlar həmin şəxsə tibbi maskadan istifadə etməyini məsləhət gördükdə, həmin şəxs “gedin işinizlə məşğul olun” deyə müraciət etmişdir. Onlar qeyd olunan şəxsin tibbi maskadan istifadə etməməməsi ilə bağlı barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirmişlər. O, Şəxs ilə birlikdə növbətçi hissəyə daxil olmuşlar və bu zaman bəzi polis əməkdaşları da dəhlizdə olmuşlar. Vətəndaş şöbəyə daxil olan zaman yüksək səs tonunda ona şöbəyə gətirilməsinin əsassız olduğunu, bu barədə “102” xidmətinə də müraciət etdiyini, heç kimin ona protokol tərtib edə bilməyəcəyini demişdir. O, vətəndaşa sakit olmasını və barəsində müvafiq protokol tərtib edildikdən sonra gedə biləcəyini qeyd etmişdir. Bu zaman Şəxs uca səslə söyməyə başlamışdır. O və digər polis əməkdaşları ona sakit olmasını, nizam intizamlı olmasını bildirsələr də, onlara məhəl qoymayaraq daha uca səslə söyüşlər söymüş və özünü qeyri-iradi formada şöbənin divarlarına və əşyalara vurmuşdur. Onun polis şöbəsinə gətirməməli olduğunu bildirmiş və onu gətirəni söyməyə başlamışdır. Vətəndaşın hərəkətlərindən içkili olması qənaətinə gəlmişlər və məsul növbətçi tərəfindən şöbəyə vətəndaşın sərxoşluq müayinəsindən keçirilməsi məqsədilə həkim dəvət olunmuşdur. Şəxs həkim gəldikdə qeyri-etik davranışlarını ona qarşıda davam etdirərək onuda söyməyə, təhqir etməyə başlamış və yerə yıxılaraq yerdə nəzarətsiz təpik və yumruq zərbələri endirməyə davam etmişdir. Daha sonra bir müddət sakitləşmiş və ona su verilməsini istəmiş, su gətirilərkən suyuda biraz içdikdən sonra vuraraq üzərinə tökmüşdür. Hal-hazırda Şəxs ondan və digər polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin NH-nin məsul növbətçisi X1 Toğrul İslam oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin xx xxxxxx 2021-ci il tarixli, 24 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 4,00‰ təşkil etmişdir. İş materiallarında olan Şəxs məxsus AO seriyalı, ******* nömrəli “Hərbi Bilet”in surətindən görünür ki, Şəxs xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “X7 Haqqında” protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 20:06-da tutulmuşdur. İş materiallarında olan video materiala məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2021-ci il tarixdə polis işçilərinin qanuni tələblərinə tabe olmamış, onları nalayiq ifadələrlə təhqir etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını, xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməsini, polis əməkdaşlarının onu bağışlamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prospektində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-69/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-69/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver