Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-692/2023 29.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki- Zaqatala regional şöbəsi MN ******* nömrəli, 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" X3 Cəmiyyətində meyvə emalı sahəsində fəhlə işləyən X2 xx.xx.2023-cü il tarixdə xəsarət alınması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı C.Qasımovun növbə rəisi Şəxs nəzarətsizliyi nəticəsində xəsarət alması müəyyən edilmiş və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xəsarət alınması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi üçün 25 oktyabr 2023-cü il tarixli əmrə əsasən təhqiqat komissiyası yaradılmışdır. Araşdırma zamanı "xxxx" X3 Cəmiyyətində meyvə emalı sahəsində fəhlə işləyən X2 xx.xx.2023-cü il tarixdə xəsarət alınması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı C.Qasımovun növbə rəisi Şəxs nəzarətsizliyi nəticəsində xəsarət alması müəyyən edilmişdir. Sonda tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün MN ******* nömrəli, 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, “X8”nda növbə rəhbəri vəzifəsində 3 ildir ki işləyir. Əmək funksiyası işə başlamazdan əvvəl işçilərin davamiyyətini yoxlamaq, təhlükəsizlik haqda təlimatlandırma və işə nəzarət etməkdir. xx.xx.2023-cü il tarixdə gecə saat 02:00 radələrində işci ehtiyatsızlıq nəticəsində qolunu kəsmişdir. Hadisə vaxtı tetrapan bölümündə olmuşdur. Ona xəbər verilmiş, işçiyə ilkin yardım göstərilmiş, sahə rəhbərinə və zavodun feldşerinə xəbər verilmişdir. İşci işə gələrkən növbə rəhbəri olaraq onun tərəfindən iş tapşırıqları verilir. İşci əməyin təhlükəsizliyi, texniki təhlükə qaydaları üzrə tərəfindən təlimatlandırılmış və hadisə baş verən vaxtı əməyin mühafizəsinə bilavasitə cavabdeh şəxs işçi olmuşdur. İşci fərdi mühafizə vasitələri ilə təmin olunur. Qeyd olunan xəsarətlə bağlı günah işcinin özündədir. Çünki onun tərəfindən təlimat verilməmiş öz başına iş görüb. İşcinin xəsarət aldığı elavator 2023-cü ildə digər elavatora qoşulmuş, 08 sentyabr 2023-cü il tarixdə sökülmüşdür. Belə ki, əvvəlki dövürlərdə bir elavator olmuş və həmin elavatora digər elavator qoşmaq üçün hər hansı bir hissə ayrılmamışdır. Yəni əvvəldən olan elavatorun yan tərəfindən qövsvari hissə kəsilərək həmin hissəyə digər elavatorla əlaqə yaradılması üçün dəmir ötürücü qoyulmuşdur. Sonda isə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetdiyindən Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan “X8” MMC tərəfindən verilmiş JALƏ-VT-002 nömrəli xx.xx.2012-ci il nəşr tarixli növbə rəisinin vəzifə təlimatının surətindən görünür ki, növbə rəisi - işçilər tərfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir. İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir. Növbə rəisi – müəssisə rəhbərliyinin qərar, sərəncam və əmrlərini, istehsalın operativ idarə olunması haqqında metodiki, normativ və başqa sənədləri; sahənin, sexin texniki inkişaf perspektivlərini; buraxılan məhsula qoyulan texniki tələbləri, avadanlığın istehsal texnologiyasını; sexin istehsal təchizatım və onun texniki istismarını; istehsalın gedişi uçotunun sistem və metodlarını; iqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini; əmək haqqı və maddi maraqlandırma formaları haqqında mövcud əsasnamələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir. İşdə olan “X8” MMC tərəfindən verilmiş 013 nömrəli təlimatın 4.1.1-ci bəndindən görünür ki, istehsalat üzrə növbə rəisinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə vəzifəsi növbə ərzində İstehsal prosesinin təşkilində və aparılmasında texniki təhlükəsizlik, istehsal gigiyena və sanitariyasımn və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etməlidir. Həmin təlimatın 4.2.14-cü bəndindən görünür ki, İstehsalat üzrə növbə rəisi sahələrdə işləyənlərdən onların həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya, gigiyena və yanğın təhlükəsizlik qayda, norma və tələblərinə əməl edilməsini tələb etməlidir. Həmin təlimatın 4.3.5-ci bəndindən görünür ki, növbə rəisi - sex (sahə) ərazisində aparılan işlər zamanı Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası qaydalarının pozulması hallarını aşkar etdikdə dərhal müvafiq tədbirlər görməli, bu barədə aidiyyatı şəxsləri məlumatlandırmalıdır. İşdə olan “X8” MMC tərəfindən verilmiş “qəzaların araşdırılması hesabatı”ndan görünür ki, hadisənin kök səbəbi işlərin təhlükəsiz görülməsinə məsul şəxslərin nəzarətinin zəif təşkil olunmasıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin MTE-nin 20 sentyabr 2023-cü il tarixli 514 saylı tibbi rəyindən görünür ki, X2 bədəni üzərində sağ bazunun içəri aşağı: 1/3-nin əzilmiş-cırılmış yarası və sağ baldırın ön yuxarı 1/3-nin sıyrılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni 07 sentyabr 2023-cü ildə törənə bilərlər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-692/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-692/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver