Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-695/2025 09.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Tərtər rayonu, Xoruzlu kəndində anadan olmuş, AR vətəndaşı, evli, Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2025-ci il tarixdə Mİngəçevir şəhər sakini Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhərində yaşayır və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat təxminən 04 radələrində “Bolt” taksi proqramı vasitəsilə Qəbələ şəhərindən Mingəçevir şəhərinə sifariş almış və sifariş verən şəxsi Qəbələ şəhəri ərazisində götürmüşdür. Sifariş edən Zərərçəkmiş şəxs olmuş və avtomobilə əyləşəndən sonra onunla getmək istəmədiyini bildirmişdir. O avtomobilini Qəbələ şəhərində yerləşən “Tural” marketin qarşısında saxlamış, Zərərçəkmiş şəxs avtomobildən düşmüş və qapını sərt şəkildə itələyərək örtmüşdür. Ondan nəyə görə avtomobilin qapısını bərk vurduğunu soruşarkən Zərərçəkmiş şəxs kobud cavab vermiş, bundan sonra aralarında mübahisə omuş, biri-birinin ünvanına nalayiq ifadələr işlətmiş və birlikdə polis şöbəsinə getmişlər. Qəbələ polis şöbəsinin qarşısına çatarkən Sevinc nalayiq ifadələr işlədərək onu təhqir etmiş, lakin onun tərəfindən Sevincə qarşı heç bir fiziki zor tətbiq etməmişdir. İş üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Mingəçevir şəhərində yaşayır və xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində olmuşdur. Həmin gün saat 04 radələrində azyaşlı uşağının xəstələnməsi barədə məlumat alıb Qəbələ rayonundan Mingəçevir şəhərinə getmək üçün taksi sifariş vermiş, sifarişi Şəxs qəbul etmiş və onu Qəbələ şəhəri ərazisində avtomobilə götürmüşdür. O, Yusif Quliyevi tanıdıqdan sonra onunla getmək istəmədiyini bildirmiş və Qəbələ şəhərində yerləşən “Tural” marketin qarşısında avtomobildən düşmüşdür. Avtomobil yol kənarında mailli dayandığı üçün qapı örtülərkən çırpılmış və o, üzr istəyərək bilmədən etdiyini bildirmişdir. Şəxs avtomobildən düşərək onu nalayiq ifadələrlə təhqir etmiş və avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişdir. Qəbələ polis şöbəsinin qarşısına çatarkən Yusif Quliyev avtomobilin salonunda bir dəfə yumruqla onun sol qol nahiyyəsindən vurmuş, onu tutmaq istədikdə yenidən sağ qol nahiyyəsindən vuraraq nalayiq ifadələr işlətmiş və avtomobili Qəbələ RPŞ-nin yaxınlığına sürüb saxlayaraq şöbəyə şikayət etmişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 411 saylı ekspert rəyinə əsasən 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sol saidin bayır orta 1/3-nin sağ saidin ön orta 1/3-nin, sağ saidin arxa aşağı 1/3-nin və sol kürək nahiyyəsinin qançırı kimi xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt alətin əşyaların təsirindən törənmiş və həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Sol saidin bayır ota 1/3-nin, sağ saidin ön orta 1/3-nin qançırları müayinədən yəni 13 noyabr 2025-ci il tarixdən saat 10:25-dən 6-12 (altı, on iki) saat əvvəl, sağ saidin arxa aşağı 1/3-nin və sol kürək nahiyyəsinin qançırı isə müayinədən 5-7 (beş, yedd) gün əvvəl törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxsnın himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adında uşağı vardır. Himayəsində üç azyaşlı uşağı olması Şəxsnın məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmali və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 dekabr 2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-695/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-695/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver