Məhkəmə qərarları › İş №3(025)-696/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-696/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-696/2025 09.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi ilə X2 Şəki rayon Regional Reklam İdarəsinin RFMŞ-nin baş müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 barəsində tərtib olunmuş Şəki rayon Regional Reklam İdarəsinin RFMŞ-nin baş müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan xx.xx.2025-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıraq hesab edir ki, X2 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından göründüyü kimi X5 barəsində protokol tərtib edilmiş, həmin protokol baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. Digər tərəfdən mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X5 tərəfindən protokol mübahisələndirilmiş, bu isə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X2 Azərbaycan Respublikası Dövlət reklam X4 Reklam İdarəsinin RFMŞ-nin baş müfəttişi X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X5 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar