Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-7/2021 05.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXBİ-nin polis baş serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə Şəxs – xx xxxxxx 1947-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Tikanlı kənd ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “FORD TRANSİT” yük markalı, **-MC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB YPXBİ-nin polis baş serjantı X3 göstərdi ki, onlara zəng gəlmiş və hadisə yerinə getmişlər. Bu zaman məlum olmuş ki, Şəxs Qəbələ rayonu Tikanlı kənd ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin göstərdi ki, kəndin girəcəyində olan heyvanların olması barədə xəbərdaredici yol nişanı növbəti yol ayrıcına qədərdir və hadisə baş verən əraziyə aid deyildir. Həmçinin hadisə yerinə baxış zamanı sürücü Zərərçəkmiş şəxs yüksək sürətlə hərəkət etməsini sübut edəcək heç nə müəyyən olmamışdır. Belə ki, asfalt örtükdə tormoz izləri qalmamışdır. Həmçinin o ora gələn zaman avtomobil tərəfindən vurulmuş heyvan ayaq üstə durmuş vəziyyətdə qapının ağzında olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 12:25 radələrində yaşadığı ünvanda özlərinə məxsus malları suvarmağa çıxartmışdır. Yolun çay, yəni su olan tərəfdən mallar su içib ev tərəfə gələndə inəyin biri yoldan keçərkən “Ford” markalı maşın onu vurmuşdur. İnək təxminən 10 metrdən çox göydə gedib 3 metrdən çox sürünmüşdür. O, hadisə zamanı ona məxsus inəkləri nəzarətsiz qoymamışdır. Belə ki, yolun qarşı tərəfində həyat yoldaşı, özünə məxsus həyətin qarşısında isə o malların yanında olmuşdur. Malların 3-ü su içib həyət tərəfə geri qayıtmışdır. Biri isə yoldan keçərkən “Ford” markalı avtomobil onu vurmuşdur. Bu səbəbdən əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X5 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Şəxs heyvanları yoldan qanuni surətdə keçirmişdir. Həmçinin kəndin girəcəyində heyvanların olması barədə xəbərdaredici yol nişanı vardır. Lakin “Ford” markalı avtomobilin sürücüsü həmin nişana diqqət yetirməmişdir. Həmçinin protokol tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu səbəbdən protokol düzgün tərtib edilmədiyindən və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 12:25 radələrində özünə aid “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərindən Tikanlı kəndində yerləşən evinə gedirmiş. Tikanlı kənd orta məktəbinin qarşısında asvalt örtüklü yolda qəflətən yola 1 baş iri buynuzlu mal çıxmışdır. Həmin mal sahibsiz olduğundan və hava dumanlı olduğundan əyləci basmış, lakin mal yaxın məsafədən qarşısına çıxdığından malı vurmuşdur. Həmin vaxt mal yerə yıxılmış, sonra ayaq durub getmişdir. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobilinə dəymiş zərər Şəxs tərəfindən ona ödənilməmişdir. Həmçinin hadisə zamanı Şəxs və onun həyat yoldaşı Alagöz Rəsulova həmin ərazidə olmamışlar, toqquşmanın səsinə oraya gəlmişlər. Bundan əlavə Şəxs özünə məxsus həyət tərəfdə də heyvanları suvarmaq mümkündür. Ona görə də heyvanları suvarmaq üçün heyvanları yolun o biri tərəfinə keçirmələri barədə Şəxs dedikləri həqiqəti əks etdirmir. Ona dəymiş zərərin ödənilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Rəsulova Alagöz Ramazan qızı şahid qismində ifadə verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 12:15 radələrində həyat yoldaşı Şəxsla onlara məxsus heyvanları suvarmağa çıxarmışlar. Həyat yoldaşı Şəxs həyət qapılarında dayanmış, o isə heyvanları suvarmağa aparmışdır. Heyvanları suvarmaq üçün yolun digər tərəfinə keçirmiş, onları suvardıqdan sonra o qabaqda keçmiş və bu zaman heyvanlardan üçü onun arxasınca yolu keçmiş, sonuncunu isə “Ford” markalı avtomobil vurmuşdur. Həmin inək 15 dəqiqə yerdə qalmış, polis gələn zamanda o yerdə uzanılı vəziyyətdə olmuşdur. Daha sonra həyətlərinə gətirmişlər. 2 gecə qaldıqdan sonra ölmüş, həkim müayinə etmiş və həyətlərində basdırmışlar. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək göstərdi ki, Şəxs bibisinin yoldaşıdır, həm də qonşudurlar. O, hadisə zamanı evdə olmuş və səsə yola çıxmışdır. Bu zaman inəyin “Ford” markalı avtomobilin qarşısında başıaşağı dayandığını görmüşdür. Ondan təqribən 10 dəqiqə sonra polislər hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. - İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ziyan aktından görünür ki, hadisə nəticəsində “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1033,0 manat məbləğində maddi zərər dəymişdir. - İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:50 radələrində “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi üçün ACE Z nömrəli alkotester vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdədir. - AD 634094 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iri buynuzlu heyvanları asvalt-beton örtüklü yolda nəzarətsiz buraxması, nəticədə “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması, nəticədə “FORD TRANSİT” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlıavtomobilə olan 1033,0 (bir min otuz üç) manat maddi ziyan dəyməsi, iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in : 338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə; 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- 338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə; Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdrımzası zamanı təqdim edilmiş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxsn özünə məxsus mal-qaranı asfalt yol örtüyündən keçirmiş və bu zaman həmin yolda hərəkətdə olan avtonəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Onun və həyat yoldaşı Rəsulova Alagözün ifadələrində qeyd etdiyi “mal qaranı su içmək üçün yoldan keçirdikləri”, “avtomobil inəyi vuran zaman 10 metr göydə uçması və 3 metr sürünməsi, sonradan isə hərəkətsiz yerdə qalması” barədə mülahizələri protokola əlavə olunmuş “sxem”, fotoşəkillər və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mal qaranı suvarmaq üçün yolu keçirməyə heç bir zərurət olmamışdır. Onların qapısından keçə su axımı mövcuddur. Avtomobilin isə yüksək sürətlə gəlməsi öz təsdiqini tapmır. İnəyin isə “10 metr göydə uçması, 3 metr sürünməsi və hərəkətsi yerdə qalması” onların özlərinin və təqdim edilən fotoşəkillərlə tam təkzib olunur. Eləcə də yaşayış yerinin həmin hissəsində hər hansı bir yol nişanının olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 80 manat məbləğində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 80 (səksən) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-7/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-7/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver