Məhkəmə qərarları › İş №3(025)-7/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-7/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-7/2025 10.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenanatı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, X9 küçəsi, ev 11-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2052799) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 16-00 radələrində Qəbələ şəhərində yerləşən Qəbələ rayon Mərkəzi Xəstaxansında xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, X9 küçəsi, ev 11-də yaşayır və Qəbələ RMX-da həkim-stomatoloq işləyir. xx.xx.2025-ci il tarixdə, saat 16-00 radələrində o, Qəbələ RMXna müayinə olunmaq üçün getmiş və müayinədən sonra Vüsal adlı həkimlə birlikdə xəstəxananın çölündə dayanıb söhbət etmişdir. Həmin vaxt xəstəxanada mühafizəçi işləyən Zərərçəkmiş şəxs bir nəfəri nəzakətlə istiqamətləndirdiyini görmüş və bir neçə ay əvvəl mərhum arvadı xəstəxanada yatarkən onunla bu cür davranmadığı yadına düşərək ondan kinayə ilə “nə yaxşı mədəni rəftar edərək yol göstərirsən” deyərək soruşmuşdur. Vasif öz növbəsində kinayə ilə gülərək “şübhən var mədəniyyətimə” deyərək cavab vermiş, o, da Vüsala fevral ayında anasına və ona qarşı etdiyi kobudluğu xatırlatmış və onlar mübahisə etməyə başlamışlar. Mübahisə zamanı o, özündən çıxaraq Vasifə qarşı nalayiq ifadələr işlətmiş, Vasif da onu təhdid edərək “sənə bu sözləri yedizdirəcəm, qoy işim bitsin sən görərsən” deyə cavab vermişdir. Onları Vüsal ayırmış, o avtomobilinə tərəf getmiş və az sonra hərəkətlərindən peşman olaraq Vasifdən üzr istəməkdən ötrü yenidən xəstəxanaya daxil olmuşdur. Lakin Vasifə yaxınlaşaraq üzürxahlıq etmək istərkən Vasif insanların çox olduğu yerdə səsini ucaldaraq onu təhqir etmiş, o da öz növbəsində yenidən Vasifin ünvanına nalayiq sözlər deyərək onu təhqir etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Qəbələ rayon Mərkəzi Xəstaxansında növbə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 16-00 radələrində iş yerində olarkən tanımadığı bir nəfər ona yaxınlaşaraq Novruz adlı həkimin iş otağını soruşmuş, o köməklik göstərmək məqsədilə onunla çölə çıxaraq həkimin harda oturduğunu göstərmişdir. Həmin vaxt pilləkənin yanında dayanmış Şəxs ona kinəyə ilə “sən guya yer göstərən olmusan” demiş və o, buna fikir vermədən içəri daxil olmaq istəyərkən onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşların yanında təhqir etməyə başlamışdır. Vüsal adlı həkim Rəsula “ayıbdır burda söyüş söymə” demiş, o, isə xəstəxanaya daxil olub liftin yanında dayanmışdır. Etibar və Çingiz adlı şəxs iş yoldaşı ona yaxınlaşaraq nə olduğu barədə soruşmuş, o da onlara Rəsul adlı həkimin çöldə Vüsal adlı həkimin və vətəndaşların yanında onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini söyləmişdir. Onlar söhbət edərkən Rəsul yenidən xəstəxanaya daxil olmuş və üzərinə hücum çəkərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onun yanında olan Çingiz və Etibar adlı iş yoldaşları və Vüsal adlı həkim Rəsula “ayıbdı burda bu cür hərəkətlər eləmə, vətəndaşlar var, onların yanında nalayiq ifadələr işlətmə” demiş, Rəsul isə onların sözlərinə fikir vermədən yenidən onun üzərinə onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. O bu barədə xəstəxananın rəhbərliyinə məlumat vermiş və Qəbələ rayon polis şöbəsinə gələrək şikayət etmişdir. . İş üzrə şahid X4 göstərmişdir k, xx.xx.2025-ci il tarixdə, saat 16-00 radələrində o, Qəbələ RMX-nın həyətində Rəsul həkimlə söhbət edərkən növbə rəisi Zərərçəkmiş şəxs bir nəfəri nəzakətlə istiqamətləndirdiyini görmüşlər. Vasif onların yanlarından keçərkən Rəsul həkim aralarında olan çoxdanki hadisəyə görə Vasifə qarşı aqressiv davranmış və ünvanına nalayiq ifadələr işlətmişdir. O, Vasifə “sən get” deyə xahiş etmiş, Rəsul isə ona “gəl mənimlə bu söhbəti danışaq”, “gəlməsən kişi deyilseən” deyərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Vasif uzaqlaşdıqdan sonra Rəsul peşman olmuş və ona “gedib ondan üzür istəyəcəm” deyərək yenidən xəstəxanaya daxil olmuşlar. Rəsul Vasifə yaxınlaşaraq “gəl gedək söhbət edək” demiş, Vasif ona “sən məni təhqir etmisən” deyərək cavab vermiş və aralarında mübahisə yaranmışdır. Rəsulu onların yanında olan Etibar və Çingiz sakitləşdirməyə çalışmış və o, Rəsulun qolundan tutaraq onu çölə çıxartmışdır. İş üzrə şahid X1 göstərmişdir k, o, Qəbələ RMX-da mülki müdafiə üzrə mütəxəssis vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 16-00 radələrində Qəbələ RMX-da mühafizəçi Vasif və Çingiz müəllimlə söhbət edərkən pilləkən tərəfdən iki nəfər onlara yaxınlaşmış, onlardan biri Vasifə yaxınlaşaraq nalayiq söyüşlər söymüşdür. O, həmin şəxsə belə hərəkətlərə yol verilməməsini, işcilər və dgər vətəndaşların yanında belə hərəkətin yolverilməz olduğunu bildirmişdir. Vasif həmin şəxsdən dəfələrlə onu niyə görə təhqir etdiyi barədə soruşmuş, o isə daha da əsəbləşərək nalayiq söyüşlər söyməyə davam etmiş və Vasifin üzərinə hücum çəkmişdir. O, özünü ortaya ataraq Çingiz müəllimin köməkliyi həmin şəxsi sakitləşdirməyə çalışmışdır. Həmin şəxsin hərəkətləri barədə Qəbələ RMX-nın rəhbərliyinə və Qəbələ RPŞ-ə məlumat verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022622 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar